Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi

posted in: Xəbər | 0
birbank biznes

Əmək müqaviləsi necə bağlanır?

İşəgötürən hər hansı işçini işə qəbul edərkən onunla əmək müqaviləsi bağlayır. Əmək müqaviləsi onlar arasında əmək münasibətlərini tənzimləyın yeganə sənəddir.

Müqavilə tərəflərinin razılığına əsasən sərbəst bağlanır, yəni buna heç kim məcbur edilə bilməz. Müqavilə hazır olduqdan sonra isə  ən azı 2 nüsxədə hazırlanır, hər iki tərəf onu təsdiqləyir. İşəgötürən hüquqi şəxs olduqda  müqavilənin möhürlə də təsdiqlənməsi zəruridir.

Müqavilənin bağlanması Əmək Məcəlləsinin 42-49 maddələri ilə tənzimlənir. Onun bağlanması, dəyişikliklər edilməsi, xitam verilməsi yazılı formada aparılır. Bu zaman ƏM-də verilmiş nümunəvi müqavilə formasından istifadə etmək lazımdır.

2014-cü ildən etibarən bu proses “Əmək və Məşğulluq“ altsistemində (ƏMAS) elektron formada qeydə alınır. Əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilməsi işəgötürənin üzərinə bir vəzifə kimi qoyulub. Yalnız bundan sonra əmək müqaviləsi, müqavilədə dəyişikliklər, onun xitam edilməsi rəsmi qeydə alınmış sayılır.

Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi

İşəgötürən işçi ilə ilkin olaraq fərdi qaydada əmək müqaviləsi bağlanır. Müqavilənin hüquqi qüvvəyə minməsi qaydalarını ƏM-nin 49-cu maddəsi nizamlayır. Qaydaya əsasən işəgötürən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil edilərək qeydiyyatını aparmalıdır. Bunun üçün işəgötürənin gücləndirilmiş elektron imzasının olması zəruridir.

Bildirişin qeydiyyata alınması haqqında işəgötürənə 1 iş günündən gec olmamaq şərtilə məlumat verilir. Yalnız belə məlumat alındıqdan sonra həmin müqavilə hüquqi qüvvəyə minmiş hesab olunur.

İşçi müraciət etdikdə işəgötürən  bildiriş və məlumatın surətini ona təqdim etməlidir. Həmin bildiriş tərəflərin hüquqlarını müdafiə edərək məsuliyyətdən yayınmanın qarışısını almaq üçün imkanlar yaradır. Qeydiyyat prosesi AR NK-nın müvafiq qərarı ilə tənzimlənir.

Rəsmi qeydiyyat zamanı nəzərə alınmalı məqamlar

Təbii ki, əmək fəaliyyəti müddətində əmək müqaviləsində dəyişikliklər edilməsi, yaxud müqavilənin xitamı mümkündür. Bütün bunlar elektron sistemə daxil edilməlidir, əks təqdirdə işəgötürən inzibati məsuliyyətə cəlb olunması mümkündür.

Beləliklə:

  • ilk olaraq yazılı müqavilənin tərtib edilir;
  • sonra isə əmək müqaviləsi bildirişinin elektron qeydiyyatı aparılır.

Yalnız bundan sonra əmək münasibətləri hüquqi qüvvəyə minmiş sayılır. Bu sistem işçilərin hüquqlarının qorunması, tərəflər arasındakı münasibətlərə nəzarətin güclənməsi, görülən işlərin keyfiyyətinin daha da artmasına  əlverişli imkanlar yaradır.

Müəyyən kateqoriya işçilər haqqında məlumatların elektron sistemə daxil edilməsi qadağandır. ƏM-nin 7-ci maddəsinə əsasən belə işçilərlə işəgötürən arasında müqavilə:

  • kağız üzərində yazılı formada bağlanır;
  • tərəflərin imzaladığı andan (müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa) hüquqi qüvvəyə minmiş sayılır.

Müqavilənin digər dövlət orqanlarında qeydiyyata alınmasına, yaxud təsdiqlənməsinə ehtiyac yoxdur.  Bu vəzifələrin (peşələrin) siyahısı AR Prezidentinin fərmanı ilə təsdiqlənib.

İstənilən halda əmək müqaviləsinin bir nüsxəsini işçi tələb edə bilər.

Hüquqi qüvvəyə minməyən əmək müqaviləsinə görə məsuliyyət

İşçi öz vəzifələrini yerinə yetirməyə müqavilə bağlandıqdan, hüquqi qüvvəyə mindikdən sonra başlayır. Həmin sənəd hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərə cəlb edən işəgötürən qanunvericiliyə uyğun məsuliyyət daşıyır.

Qanunvericiliyin tələblərinə əməl edilmədikdə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə uyğun aşağıdakı cərimə sanksiyaları tətbiq olunur:

  • fiziki şəxslərə (fərdi sahibkarlara) 1000 – 2000 manat;
  • vəzifəli şəxslərə 3000 – 5000 manat;
  • hüquqi şəxslərə isə 20 000 – 25 000 manat.

Eləcə də, Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi üzrə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 10 nəfər və daha çox  işçiləri hər hansı işlərə, xidmətlərə cəlb etdikdə aşağıdakı cəza tədbirləri tətbiq edilə bilər:

  • 7000 – 10 000 manat cərimə;
  • 2 ilə qədər müddətdə islah işləri, ya da eyni müddət qədər azadlığın məhdudlaşdırılması, azadlıqdan məhrumetmə.

Eyni əməllər təkrar törədilərsə:

  • 3 ilə qədər müddətdə azadlığın məhdudlaşdırılması, yaxud azadlıqdan məhrumetmə.

Bu halların baş verməməsi üçün işəgötürən qanunvericiliyin tələblərinə əməl etməli, müqavilənin rəsmiləşdirilməsini müəyyən olunmuş qaydada icra etməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, habelə dövlətin digər uyğun qurumları əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi qaydalarının icrasına nəzarət edir.

Pərakəndə ticarət fəaliyyəti ilə bağlı dörd vacib məqam

Print Friendly, PDF & Email