Hesablama ilə məşğul olan digər peşə sahibləri kimi mühasiblər də riyaziyyatı dərindən mənimsəməlidirlər. Qalan bütün keyfiyyətlər zaman keçdikcə təcrübə ilə yerinə oturacaq.

ƏSLİNDƏ, bu, yanlış yanaşmadır. Mühasib ilk növbədə, səbrli, oturmağı bacaran, dəqiq, dürüst olmalıdır.
«Yüz ölç, bir biç» məsəlini atalar məhz mühasib barədə söyləyiblər. Ən kiçik səhv belə bütün hesabatın baş-ayaq alınmasına, nəhəng bir işin yenidən görülməsinə səbəb ola bilər. Ən dəhşətlisi odur ki, mühasibin istənilən səhvi ona baha başa gəlir. Bir rəqəmdə, hərfdə və yaxud vergüldə yanılmağın bədəli ağır olur. Bu zaman vergi müfəttişləri və digər nəzarətedici orqanlar tərfindən cərimə sanksiyaları öz-özünə təmin olunur. Bir nəfərin səhvindən bütün müəssisə zərər görməli olur. Bu cür məsuliyyətin altına girməyi bacarmaq lazımdır. Əla mühasib olmaq üçün lazım olan keyfiyyətləri belə sıralamaq olar:

1. Riyazi qabiliyyət.
Qeyd etdiyimiz kimi onsuz keçinmək mümkün olmadığı kimi təkcə onun mövcudluğu da yetərli deyil.

2. Analitik təfəkkür.
Mühasib ən azı iki addım qabağı görməli, bilməlidir ki, həyata keçirilən fəaliyyət hansı nəticələrə səbəb olacaq. Axı, o, hansısa səviyyədə şirkətin vəsaitinin bölüşdürülməsinə və sərmayə kimi qoyulmasına məsuliyyət daşıyır.

3. Müstəqil qərar vermək qabiliyyəti.
Ölkəmizdə istənilən qanunu çox təəssüf ki, müxtəlif cür yozmaq, izah etmək mümkündür. Bu cür qarmaqarışıq vəziyyətdə şəraitdən baş çıxarmaq və düzgün yolu seçmək asan deyil. Tez-tez rast gəlinən haldır ki, müəssisə rəhbərləri, işadamları da çaşbaş qalır, sonda qərar qəbul etmək üçün mühasibin rəyini əsas götürürlər. Onu da qeyd edək ki, zaman mühasibin doğru qərar verdiyini təsdiqləsə, tərif tərif dalınca gəlir, yox əgər… Allah ondan saxlasın!

Для бухгалтера главным критерием успешной работы является хорошее знание математики, а опыт наработается с годами.

Это не совсем так, если человек прекрасно решает математические задачи, но при этом не обладает усидчивостью и скрупулезностью, то ему лучше выбрать другую профессию, нежели бухгалтерскую стезю. В бухгалтерской профессии даже маленькая ошибка может привести к сбою всей системы отчетности.
Вот те качества, которые необходимы, для того, чтобы стать по настоящему хорошим бухгалтером:

1. Математические способности.
2. Аналитический склад ума.
3. Способность самостоятельно принимать решения.

При всем этом не стоит забывать, что бухгалтер не имеет право на ошибку, если он принял правильное решение, то его работу похвалят, а если нет – то еще неизвестно чем может все закончиться.

Print Friendly, PDF & Email