Aktivlərin mübadiləsi

posted in: Xəbər | 0
birbank biznes

Qeyri-maddi aktiv (aktivlər) qeyri-monetar aktivin (aktivlərin) və ya monetar və qeyrimonetar aktivlərdən ibarət olan aktivlərin mübadiləsi hesabına alına bilər.

Aşağıdakı hallar istisna olmaqla bu aktivlərin ilkin dəyəri ədalətli dəyərlə qiymətləndirilir:

(a) mübadilə əməliyyatı kommersiya məzmunlu olmadıqda; 
(b) alınmış və ya verilmiş aktivin və ya aktivlərin ədalətli dəyərinin etibarlı əsasda müəyyənləşdirilməsi mümkün olmadıqda.

Əgər alınmış aktivin (aktivlərin) ədalətli dəyərini müəyyən etmək mümkün deyilsə, bu zaman həmin aktiv (aktivlər) mübadilə nəticəsində təhvil verilmiş aktivin (aktivlərin) ədalətli dəyəri ilə qiymətləndirilməlidir. Lakin, əgər təhvil verilmiş aktivin (aktivlərin) də
ədalətli dəyərini müəyyən etmək mümkün deyilsə, bu halda alınmış aktiv mübadilə nəticəsində təhvil verilmiş aktivin (aktivlərin) balans dəyəri ilə qiymətləndirilməlidir.

Pul vəsaitləri və ya onların ekvivalentləri mübadilə əməliyyatının bir hissəsi kimi daxil edilərsə, bu onu göstərə bilər ki, mübadilə edilən aktivlərin ədalətli dəyərləri bərabər deyil.

Mübadilə əməliyyatında ədalətli dəyərləri bərabər olan aktivlər iştirak edərsə, alınmış aktivin (aktivlərin) ilkin dəyəri təhvil verilmiş aktivin (aktivlərin) balans dəyərinə bərabər qiymətləndirilir.


Print Friendly, PDF & Email