Beynin yumor mərkəzi var

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

 

Yaddaşımızla bağlı ikinci fakt.
Beynin yumor mərkəzi var.

Yumorun nə olduğunu müəyyən etmək çox çətindir, biz yalnız onunla üzləşdiyimiz zaman yumoru başa düşürük. Nəzəriyyələrdən birinə görə, yumorun təsiri sürprizdən asılıdır, yəni, indiyədək məntiq və təcrübəyə əsaslanan standart vəziyyətdən, adi bir şeyin qeyri-adi təfsiri, interpretasiyası sizə olduqca başqa bir formada çatdırılır.

Bunun məntiqi bir tapmaca deyil, bir zarafat kimi qəbul olunması üçün, nəticə gözlənilməz hadisə və ya proses ilə, lakin, adi anlayışda çox da məqbul olmayan bir hekayə ilə əlaqəli olmalıdır. Beynin alın payı zədəli olan bəzi xəstələr isə ümumiyyətlə,  zarafatı qəbul etmirlər. Bir qayda olaraq bu ona görə baş verir ki, onların prosesin interpretasiya mərhələsi ilə bağlı problemləri olur. Misal üçün, bir sonluqda zarafatın seçimi ilə bağlı mərhələdə, onlar bunlardan hansı birinin daha çox gülüş doğurduğunu müəyyən edə bilmirlər.

Yaddaşımızla bağlı birinci faktı bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email