Ehtiyatların ilkin dəyərinin hesablanması düsturları

posted in: Xəbər | 0
birbank biznes

“EHTİYATLAR ÜZRƏ” KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN 8 №-li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTININ 23 və 24-cü maddələri bir-birini əvəz edə bilməyən və ya xüsusi məqsədlər üçün bir-birindən ayrı saxlanılan ehtiyatlara aiddir. Bu ümumi vəziyyət olmasada, belə hallar yarana bilər. Məsələn, antikvar mallar satan mağazada satışa çıxarılmış bütün mallar unikaldır və onların hər biri alış qiyməti ilə dəyərləndirilməlidir. Unikal ehtiyatların digər nümunəsi kimi mühəndis şirkətində bitirilməmiş istehsalatı göstərmək olar, çünki tikilməli olan obyekt sifarişçinin spesifik tələblərinə uyğun olaraq inşa edildiyi üçün digər obyektlə dəyişdirilə bilməz.

Belə şəraitdə, hazırkı standartın 23 və 24-cü maddələrinə əsasən, bu ehtiyatların hər bir maddəsinin dəyəri yuxarıda qeyd edilmiş prinsiplərə uyğun olaraq fərdi şəkildə müəyyən edilməlidir.

Bütün digər hallarda hazırkı standartın 25-ci maddəsi tətbiq edilməlidir.

Ehtiyatların ilkin dəyərinin hesablanması üçün əsasın təyin edilməsi zamanı müəssisə iki metoddan daha məqsədə uyğun olan birini seçməlidir. Bu iki metod aşağıdakılardır:

  • Çəkili orta dəyər; və ya
  • İlk mədaxil – ilk məxaric (FİFO)

Çəkili orta dəyər

 

Hər bir yeni daxil olan ehtiyatın çəkili orta dəyəri hesablanır və hesabat dövrünün sonunda bütün ehtiyatların çəkili orta dəyəri müəyyən edilir.

Məsələn, “Şirvan” müəssisəsi yanacaq doldurma məntəqəsini idarə edir. 01.01.2006-cı il tarixində ehtiyatlarda dəyəri 15000 manat olan 50000 litr yanacaq mövcud idi.

Hesabat dövrü ərzində yanacağın aşağıda qeyd edilmiş hərəkəti baş vermişdir:

Alış                              Satış (litr)

Litr          manat

Yanvar                         40000      12000                        45000

Fevral                          60000      20000                        50000

Mart                             35000      12000                        30000

135000                                      125000

 

Yekun:                                                                                        litr

Hesabat dövrünün əvvəlinə olan ehtiyatlar                  50000

Alış                                                                               135000

185000

Satış                                                                             (125000)

60000

Bu 60000 litr yanacağın dəyərini hesabat dövrünün sonuna bir litr yanacağın çəkili orta dəyərini müəyyən etməklə hesablamaq mümkündür.

Ay        Dövrün əvvəlinə  qalıq                       A l ı ş                               S a t ı ş                                       Ayın sonuna qalıq

litr         1 litrin      cəmi              litr    1 litrin  cəmi              litr       çəkili orta  cəmi                        litr    çəkili orta  cəmi

dəyəri     dəyəri                 dəyəri    dəyəri                   dəyəri      dəyəri                            dəyəri         dəyəri

50000    0,300   15000

Yan                                             40000  0,300    12000                 45000    0,300                            13500   45000  0,300    13500

Fevral                                           60000  0,333   19980                50000    0,319      15950              55000  0,319   17545

Mart                                             35000  0,343   12005                  30000   0,328       9840                60000 0,328   19680

Beləliklə, hesabat dövrünün sonuna olan ehtiyatların (60000 litr) dəyəri 19680 manat təşkil edir.

Hesablamalar:   (12000+15000) / (50000+40000)= 0,300

(13500+19980) / (45000+60000)= 0,319

(17545+12005) /(55000+35000) = 0,328

İlk mədaxil – ilk məxaric (FİFO)

Bu metoda əsasən, ilk olaraq əldə edilmiş ehtiyatlar ilk olaraq da satılır. Beləliklə, hesabat dövrünün sonuna olan ehtiyatların hamısı son olaraq ödənilmiş dəyərlərlə qiymətləndiriləcəkdir. Nümunə kimi yuxarıda qeyd edilmiş misaldan istifadə etmək olar.

Ay         Dövrün əvvəlinə  qalıq          A l ı ş                                  Satışın maya dəyəri                Ayın sonuna qalıq

litr   1 litrin     cəmi           litr    1 litrin  cəmi                         litr       FİFO       cəmi             litr    FİFİO      cəmi

dəyəri    dəyəri                 dəyəri    dəyəri                                                                  dəyəri       dəyəri

50000    0,300   15000

Yan                                             40000  0,300    12000                45000    0,300    13500          45000  0,300    13500

Fevral                                           60000  0,333   19980                45000  0,300     13500

5000  0,333        1665

50000                15165          55000   0,333   18315

Mart                                             35000  0,343   12005        30000   0,333       9990                 25000  0,333     8325

35000  0,343   12005                                                                                                                             60000                20330

Beləliklə, hesabat dövrünün sonuna olan ehtiyatların (60000 litr) dəyəri 20330 manat təşkil edir.

Qiymətləndirmə metodu seçildikdən sonra müəssisə hər zaman bu metodu ehtiyatların bütün oxşar maddələrinə tətbiq etməlidir. Məsələn, mağazalar ehtiyatlarının qiymətləndirilməsi zamanı FİFO metodundan istifadə edə bilər. Belə olan halda, həmin mağaza bu metodu bütün ehtiyatlarına (çörək, pendir, süd, ərzaq və sair) tətbiq etməlidir. Lakin, müəssisə mahiyyəti və xüsusiyyətlərinə görə əhəmiyyətli dərəcədə fərqlənən ehtiyatlara sahib olduqda, onların qiymətləndirilməsi zamanı müxtəlif metodlar istifadə edilə bilər.

Məsələn, ”Araz” şirkəti həm mağaza, həm də minik avtomobillərinin təmiri sexini idarə edir. 

Bu iki fəaliyyət növü bir-birindən tamamilə fərqlənir. Belə olan halda, şirkət mağazanın ehtiyatlarının qiymətləndirilməsində bir metoddan (məsələn, FİFO), avtomobil təmiri sexinin ehtiyatlarının qiymətləndirilməsində isə digər metoddan (çəkili orta dəyər) istifadə edə bilər.


Print Friendly, PDF & Email