Ən qeyri-adi vergilər (2-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

Bütün ölkələrdə müxtəlif vergilər tətbiq olunur və bunlara bir növ artıq vərdiş etmişik. Yəni, hər bir ölkə öz büdcəsini müəyyən üsul və vasitələrlə doldurmağa çalışır. Bu da təbiidir. Amma, zaman-zaman bir sıra ölkələrdə tətbiq edilən vergiləri gördükdə, şükür etməyə bilmirsən. Bəzi ölkələrdə tətbiq edilən ən qeyri-adi vergiləri diqqətə çatdırırıq.

Siqaret çəkməyə görə vergi

Macarıstanda siqaret çəkməyə görə vergi hələ neçə illər bundan əvvəllər tətbiq edilib. Macar siqaret çəkənlər yanğınsönürən drujinaların saxlanılmasına görə dövlətə xüsusu təyin edilmiş vergi ödəyirdilər.

Toz vergisi

Belə bir vergi növü düşmən ölkə sayılan Ermənistanda tətbiq olunur. “sanitar-təmizləyici təşkilatlarla həyətlərdəki tozu necə aradan götürməyin yolunu müzakirə edən iqtisadiyyat nazirliyi sərəncam verib: sakinlər hər kv metr tozun təmizlənməsindən ötrü 1,91 dram vergi ödəməlidirlər”, – rəsmi müraciətdə belə deyilir. Buna münasibət bildirən erməni qəzetləri “Çippolinanın macəraları” nağılındakı bir personajın, şahzadə Limonun söylədiyi sitatı misal çəkir: “Biz havaya görə vergi tətbiq etdikdən sonra, siz az nəfəs almağa başlamısınız!”

Tualetə görə vergi

Tualetə görə belə bir vergi növü Venetsiyada (İtaliya) 1999-cu ildə tətbiq olunub. Bu vergi şəhər büdcəsinin doldurulması üçün əlavə mənbə hesab olunurdu: turistlərin hər biri hər dəfə ictimai tualetdən istifadəyə görə 1 min italyan lirəsi ödəyirdilər. Əgər əvvəlcədən tədbirli olub, buna icazə verən vəsiqə alıblarsa, onda yerli sakinlər bundan iki dəfə az vergi ödəyirdilər. Həmin icazə vəsiqəsini üç il əvvəldən də almaq mümkün olurdu: belədə üç il ərzində ictimai tualetlərə daxil olmaq “həzzi” 6 min italyan lirəsinə başa gəlirdi. Nəzərə alsaq ki, Venetsiyanı il ərzində 10 milyon qonaq ziyarət edir, onda əlavə gəlir mənbəyinin çox böyük bir məbləğ təşkil etdiyi faktdır.

Turizm və güllərə görə vergi

Turizmə və çiçəklərə görə vergi Qırğızıstanda tətbiq olunur. Qırğızıstan Respublikasının vergi Kodeksinə görə belə bir vergi tətbiqi nəzərdə tutulub: – turistlərdən tutulan vergi – Qırğızıstandan uzaq ölkələrə turist səfəri etmək istəyən şəxslər müəyyən məbləğ pul ödəməlidilər; – istixanada gül yetişdirən və onu ölkə sakinlərinə satan vətəndaşlar da dövlətə vergi ödəməli olurlar.

Gips vergisi

Bu vergi növü Avstriyada tətbiq olunub. Bu ölkədə dağlarda xizəklə sürüşməyi sevən hər bir şəxs aşağı enərkən, gipsə görə xüsusi vergi ödəməlidirlər. Bu vergidən toplanılan məbləğ Avstriya klinikalarının hesabına daxil edilir. Belə ki, ən aşağı hesablamalara görə, Alp dağlarının Avstriya hissəsində hər il 150 nəfərə yaxın xizəkçi yıxılaraq travma alır, onların müalicəsinə isə böyük məbləğdə pullar xərclənir.

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

Print Friendly, PDF & Email