Ən qeyri-adi vergilər (3-cü hissə)

posted in: Məqalə, Vergi | 0

Bütün ölkələrdə müxtəlif vergilər tətbiq olunur və bunlara bir növ artıq vərdiş etmişik. Yəni, hər bir ölkə öz büdcəsini müəyyən üsul və vasitələrlə doldurmağa çalışır. Bu da təbiidir. Amma, zaman-zaman bir sıra ölkələrdə tətbiq edilən vergiləri gördükdə, şükür etməyə bilmirsən. Bəzi ölkələrdə tətbiq edilən ən qeyri-adi vergiləri diqqətə çatdırırıq.

Velosipedə görə vergi

Bu vergi 1910-cu ildə Rusiyanın Simbirsk şəhərində tətbiq edilib. Şəhər dumasının qərarına görə velosiped sahibləri bu nəqliyyat vasitəsindən şəhərdə istifadə etmək üçün 50 qəpik vergi ödəməli idilər. Vergi ödəyənlərə velosiped sürməyin qaydalarından bəhs edən kitabça verilirdi. Həmin qaydalar itifadəçiyə troutarda, bağ və parklarda velosiped sürməyi qadağan edirdi, bundan əlavə qrup şəklində şəhərdə velosiped sürmək də yasaqlanırdı. Bundan əlavə bu nəqliyyat növünün sahibi velosipedinə nömrə nişanı da taxmalı idi.

Saman çöpünə görə vergi

İngiltətədə O. Kromvelin (1599-1658) hakimiyyət illərində 20 il ərzində 200 növ aksiz vergisi tətbiq olunub. Özü də bu vergi növü istənilən obyektə, məsələn, yağ qutusu və hətta saman çöpünə kimi şeylərə belə tətbiq edilib.

Saata görə vergi

Belə bir vergi 1797-ci ildə İngiltərədə tətbiq edilib. Saatı olanlar hər il xəzinəyə beş şillinq ödəməli idilər. Sözügedən verginin ömrü çox az olub, belə ki, 1798-ci ildə ləğv edilib.

Əsa gəzdirməyə görə vergi

Bu vergi növü də İngiltərədə XVIII əsrdə tətbiq olunmağa başlayıb. Bu vergi növünü məmurlar belə əsaslandarıblar ki, əsa yolları xarab edir, tamamilə yararsız hala salır.

Şahin vergisi

Böyük Britaniyada XIX ərsin əvvəllərində digər quş və heyvanları ovlamaq üçün saxlanılan şahinlər və qırğılara görə də vergi tətbiq olunub.

Subaylıq vergisi

Subaylığa görə vergi keçmiş SSRİ-də 1941-ci il noyabrın 21-dən tətbiq olunmağa başlayıb. Vergi çoxuşaqlı analar və tənha şəxslərə yardım etmək məqsədi daşıyıb. N. Xruşovun sözlərinə görə, “bu vergi düzgün və yaxşı qanun olub, dövlətimizə fayda verir, əhalinin say artımını təmin edir”. Həmin vergi müvəqqəti xarakter daşısa da, yalnız 90-cı illərin əvvəlində ləğv olundu. Çox güman ki, bu verginin uzun illər qalması, müharibədən sonrakı demoqrafik vəziyyətin yaxşılaşmasına hesablanıbmış.

 

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *