Mühasib – dahi ünsiyyətçidirmi? (3-cü hissə)

“Бухгалтер” (Mühasib) jurnalında texnika elmləri namizədi, psixoloq, mühasiblər üçün tədris mərkəzinin treninqlər proqramının rəhbəri Tatyana Lobanovanın “Mühasib dahi ünsiyyətçidirmi?” adlı məqaləsi dərc edilib. Sözügedən məqalənin oxucularımız üçün də maraq kəsb edəcəyəni nəzərə alaraq, onu hissə-hissə saytımızda dərc etməyə qərar verdik.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

3-cü hissə

Əhatədə olan insanlarla ünsiyyət qura bilməmək, iş yerində stresin yaranmasının başlıca səbəblərindən biridir. Statistika göstərir ki, işdən çıxan hər on nəfərdən yeddisi vəzifəsinin öhdəsindən gəlmədiyinə görə yox,  məhz, əməkdaşlar və rəhbərliklə münaqişə üzündən iş yerini tərk edir. Eləcə də işə qəbulla bağlı keçirilən müsahibəyə qatılan hər on nəfərdən səkkizi, elə ilk mərhələdəcə iş təklif edənin qeyri-effektiv ünsiyyət bacarığı səbəbiylə sonrakı mərhələyə qatılmaqdan imtina edir.

Ünsiyyətdə mürəkkəblik bu bacarığın olmaması ilə, eləcə də situativ çətinliklərlə də bağlı ola bilər: yorğunluq, diqqətsizlik, emosional yüklənmə və s. Gizli deyil ki, peşəkarlıq kriteriyaları: təcrübə, bazar sahəsində biliklər, ali təhsil, dil bilmək və kompüterdən istifadəni bacarmaq, tabelikdə olanlar və rəhbərlik edənlər arasında stabil, münaqişəsiz münasibətlər qura bilməyə zəmanət vermir.

İşə qəbulla bağlı tələblərin söylənilməsi zamanı üzə çıxan bədnam ünsiyyət bacarıqları, hətta özünü qiymətləndirmə üçün belə qeyri-müəyyən anlayış təsəvvürü yaradır.

Ən münaqişəli adamlar belə çox vaxt özlərini ən yaxşı və ən ədalətli insanlar hesab edir və narahatlıq doğuran səbəbləri isə daim özgələrində axtarırlar. Bəzən isə insan ünsiyyətdə öz zəif tərəflərini görür, amma onların öhdəsindən necə gələ biləcəyini bilmir. Bax, elə burada öncə nəyi dəyişdirmək haqda fikirləşməli və bunu necə etmək barədə düşünülməlidir. Burada ən etibarlı və ən asan üsul mütəxəssisə müraciət etməkdir. Ünsiyyət, əlaqə qurmaq məsələləri ilə bağlı kitablar bolluğu olsa da, bu zaman nəzəriyyə az köməyə çatır və onları oxumağın təsiri isə çansıxıcılığı yalnız sözdə yatırmağa yardım edir: “Hə, indi hər şeyi başa düşürəm, hətta elmi cəhətdən necə adlandırılmalı olduğumu da bilirəm, amma bir şey edə bilmirəm, hər dəfə özümü əvvəlki tək aparmaqda davam edirəm, daha çox özümdən çıxıram…Mən bu qədərmi ümidsizəm?”

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *