Mühasib – dahi ünsiyyətçidirmi?

birbank biznes

Dahi“Бухгалтер” (Mühasib) jurnalında texnika elmləri namizədi, psixoloq, mühasiblər üçün tədris mərkəzinin treninqlər proqramının rəhbəri Tatyana Lobanovanın “Mühasib – dahi ünsiyyətçidirmi?” adlı məqaləsi dərc edilib. Sözügedən məqalənin oxucularımız üçün də maraq kəsb edəcəyəni nəzərə alaraq, onu hissə-hissə saytımızda dərc etməyə qərar verdik.

1-ci hissə

Həmçinin bax: Uğurlu Baş mühasib olmaq üçün 14 prinsip

Mühasib elə bir insandır ki, daim öz üzərində çalışır və bu heç kimdə şübhə doğurmur.  Mühasiblər üçün nəzərdə tutulan ixtisasartırma kurslarında ənənəvi olaraq ixtisas üzrə proqram təminatı, optimal uçotun təşkili, qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı seminarlar təşkil edilir. Lakin, mühasibin peşəkar uğurları onun yalnız texniki hazırlığı ilə məhdudlaşmır.

İşin effektivliyi üçün fərdi bacarıqları da inkişaf etdirmək lazımdır. Təəssüflər olsun ki, təqdim etdiyimiz proqramlar bəzən anlaşılmazlıqla qarşılanır: “Treninqlər mühasiblərin nəyinə lazımdır? Onlar ki, nə danışıqlar aparır, nə də satıcılıq edirlər. Kabinetdə kompüter arxasında olurlar, onları işlərindən ayırmağa gərək yoxdur!” Amma, təcrübə fərdi bacarıqlarla bağlı təşkil edilən treninqlərin ilk dəfədən onlara nə qədər effektiv təsir etdiyini təsdiq edir, bütün narahatlıqlara da son qoyur. Bunu treninqlərdə iştirak edən mühasiblərdən alınan rəylər də sübut edir.

Həmçinin bax: Mühasib olmaq üçün 5 səbəb

Biz mühasibi necə görməyə vərdiş etmişik? Bu insan məsuliyyətli və mütəşəkkildir, riyazi qabiliyyətlər sahibidir, yaxşı yaddaşa, diqqətin yüksək konsentrasiyasına, inkişaf etmiş məntiqi təfəkkürə malikdir və dilini “qıfılda” saxlamağı bacarır. Və əgər mühasibə olan tələblər təxminən belə bir siyahı ilə məhdudlaşsaydı, böyük çətinliklər olmazdı.

Bu keyfiyyətlər koordinasiyalıdır, ziddiyyət təşkil etmir və rahat şəkildə bir insanda oturuşa bilər. Amma, mühasibin rəqəmləri səliqəli şəkildə, dəqiqliklə bir sənəddən digərinə köçürən bir şəxs olduğu haqqında təsəvvürlər çoxdan köhnəlib.

Ciddi rəhbərlər baş mühasibləri şirkətdə ikinci şəxs hesab edir və onları təkcə mükəmməl bir icraçı mütəxəssis kimi yox, həm də yaradıcı, təşəbbüskar, həmfikir olaraq görmək istəyirlər.

Mühasib sərbəst şəkildə qərarlar qəbul etmək, rəhbərlik etmək təcrübəsinə malik olmalı, uçotu qanunvericiliyin  (təkcə milli qanunvericilik nəzərdə tutulmur) tələblərinə və korporativ tələblərə uyğun aparmağı bacarmalıdır.

Eləcə də o, vergi orqanları və xarici auditor məsləhətçiləri ilə işləməli, şirkət rəhbərləri, əməkdaşları və məlumatları təmin edən xidmətlərlə qarşılıqlı əlaqə qurmalıdır.

Həmçinin bax: Mühasib ailənin ulduz övladı

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email