Mühasib fırıldaqları (1-ci sxem)

birbank biznes

Mühasibat – istənilən biznesin mühüm tərkib hissədir. Həm nəhəng müəssisələr, həm də kiçik şirkətlər öz fəaliyyətlərində mühasibsiz keçinə bilməzlər. Bununla yanaşı, mühasiblərdən bəziləri öz rifah hallarını işlədikləri şirkətlərin hesabına artırmaqdan da əl çəkmirlər. Bundan ötrü çoxlu sayda variantlar mövcuddur, axı, öz təşkilatlarının bütün maliyyə axınının “nəbzini öz əllərində” məhz, mühasiblər tuturlar.

Bu bölmədə mühasiblərin bəzi saxta sxemlərini nəzərdən keçirəcəyik, hansı ki, bunların sayəsində şirkətin gəlirləri əhəmiyyətli dərəcədə azala bilər, eləcə də həmin müəssisənin nüfuzuna xələl gələ bilər.

1-ci sxem
Maddi dəyərlərin hesabdan silinməsi zamanı saxtakarlıq

İstənilən müəssisədə işlənmiş, ömrünü başa vurmuş materiallar və maddi dəyərlərin silinməsi zamanı akt tərtib edilir. Bu zaman rəhbərlik tərəfindən lazımi nəzarət olmadıqda, akt tərtib edənlər xeyli “qabağa düşə bilərlər”.

Misal üçün, yanacaq-sürtkü materiallarını sərf ediləndən daha çox göstərə bilərlər. Bu yolla digər maddi dəyərləri də silmək və sonradan onları mənimsəmək mümkündür. Anbar işçiləri xidməti vəzifələrindən istifadə edərək, mövcud olmayan və ya hələ işlədilməsi mümkün olan maddi dəyərləri həmin siyahıya sala bilərlər.

İnventar idarəetmə qaydalarına əsasən silinmə barədə akt tərtib olunduqdan sonra anbar uçotu aparılarkən məxaric orderi tərtib edilir, anbar uçotu ilə bağlı vərəqədə isə qalıqlar göstərilir. Anbar məxaric orderi və qalıqları əks etdirən vərəq anbarda qalır, silinmə barədə akt isə mühasibə verilir.

Lazımi nəzarət olmadıqda bu zaman qayda pozuntuları istisna olunmur. Məsələn, maraqlı şəxslər (mühasib və anbardar) anbarda saxlanılan sənədlərdə beş ədəd məhsulun silindiyini, silinmə aktında isə bunu üç ədəd kimi göstərə bilərlər. Arada qalan 2 ədədi öz aralarında bölə bilərlər.

Bu kimi hallardan can qurtarmaq üçün silinmə aktına anbardakı məxaric orderlərinin surətlərinin əlavə edilməsi çox mühümdür. Bu, anbar və mühasibatlıq məlumatlarını müqayisə etməyə imkan verir. Belə bir yoxlamanın rübdə bir dəfə aparılması arzuolunandır. Belə bir imkan yoxdursa, onda heç olmasa seçim xarakterli yoxlama aparmaq çox vacibdir.

Bir qayda olaraq silinmə aktını müəssisə rəhbəri imzalayır. Əgər, o bunu avtomatik şəkildə “baxmadan” edirsə, pozuntulardan sığortalanmayıb. Müəssisənin direktoru siyahını diqqətlə nəzərdən keçirməlidir – ola bilsin ki, silinmə ilə bağlı bəzi pozisiyalarla çox çətin ki razılaşsın.

Ərzaq məhsulları ilə ticarət edən müəssisələrdə malların istifadə müddətinin ötməsi ilə bağlı saxtakarlıqlar etmək çox geniş yayılıb. Bu cür hallarda anbardar anbarda vaxtı ötmüş məhsullarla bağlı müəssisə rəhbərini xəbərdar etməlidir. O, həmin məhsulların silinməsi ilə bağlı akt tərtib edir və imzalanması üçün onu müəssisə rəhbərinə təqdim edir və deyir ki, həmin məhsullar təcili olaraq anbardan götürülməlidir, yoxsa sanitar-epidemioloji stansiya tərəfindən xoşagəlməzliklərlə üzləşə bilərik.

Ticarət müəssisəsinin direktoru də təcili şəkildə sənədi imzalayır. Bundan sonra anbar işçisi rahat şəkildə geri qayıdır və həmin məhsulları mənimsəyir. Bir qayda olaraq bu əməliyyat bir neçə nəfər tərəfindən (daha çox anbardar və mühasib) planlaşdırılır. Təbii ki, “qazanc” da elə onların, yəni, “maraqlı tərəflərin” arasında bölüşdürülür.

İri müəssisələrdə bu qayda ilə bir çox məhsulları silmək mümkündür. Sonra isə həmin ərzaqları kiçik dükanlarda və ya köşklərdə də satdırmaq mümkündür ki, bu da az gəlir gətirmir. O səbəbdən, istifadə vaxtı ötmüş məhsullarla bağlı məlumatlar ciddi şəkildə araşdırılmalıdır.

Silinməsi gözlənilən və anbarda saxlanılan məhsula hökmən baxış keçirilməlidir. Məsələn, şüşə qablarda saxlanılan bir neçə ədəd şirələr sındığı üçün silinirsə, həmin qırılmış şüşə qabların qırıntılarının göstərilməsini tələb edin. Yoxlayın görüm, onlar həqiqətənmi sınıblar. Böyük partiyada məhsullardan söhbət gedəndə, xüsusilə diqqətli olmaq lazımdır.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email