Mühasibat uçotunu öyrənənlərin bilməli olduğu əsas terminlər (1-ci hissə)

Avans hesabatı – Hesabat üçün alınan məbləğləri, əslində çəkilmiş xərcləri, hesabat məbləğlərinin balansını və ya onların köçürülməsini göstərən hesabat verən şəxslər tərəfindən tərtib edilmiş və verilmiş standart forma sənədidir. Həyata keçirilmiş xərcləri təsdiq edən sənədlər hesabata əlavə olunur.

Avans ödənişi – bir müəssisənin qarşılıqlı hesablaşmalarda və ya üçüncü şəxslərlə hesablaşmalarında baş verən dəyişikliklərlə bağlı digərinə rəsmi bildirişi. Məhsul, iş və xidmətlərlə bağlı ödənişlərə görə bunları etməzdən əvvəl haqqının ödənilməsidir.

Avizo –  bir müəssisənin qarşılıqlı hesablaşmalarda və ya üçüncü şəxslərlə hesablaşmalarında baş verən dəyişikliklərlə bağlı digərinə rəsmi bildirişi. Avizo həm poçt, həm də teleqrafla göndərilir.

Avuarlar – pul vəsaitləri, veksellər, çeklər, təşkilatın akkreditivləri; manat və xarici valyutada pul, qızıl, banka məxsus qiymətli kağızlar, eləcə də pul vəsaitləri və xarici banklarda hesablarda olan qiymətli əşyalar.

Akkreditiv – alıcının tələbi əsasında təlimata uyğun olaraq təchizatçıya ödəniş ödəmək öhdəliyi.

Mühasibat balansı aktivi – mühasibat balansının tərkib hissəsi, hansı ki, pul vəsaitlərinin tərkibində və yerləşdirilməsində əmlakın mövcudluğunu əks etdirir.

Aksept – pul və əmtəə sənədlərinin ödənilməsinə razılıq.

Aksiya (səhm) – qiymətli kağızdır, onun sahibinin dividendlər şəklində mənfəət əldə etmək və səhmdar cəmiyyətin işlərində iştirak etmək hüququnu təsdiq edir.

Aksiz – dolayı vergidir,  malların qiymətinə daxildir və alıcı tərəfindən ödənilir. Aksiz vergisi daha çox şərab və araq məhsulları, pivə, tütün məmulatları, delikateslər, lüks mallar, avtomobillərə tətbiq olunur.

Amortizasiya – əsas vasitələrin tədricən aşınması və köhnəlməsi nəticəsində onların dəyərini istehsal olunan məhsullara köçürməsi.

Amortizasiya xərcləri – məhsulların (iş və xidmətlərin) qiymətinə daxil olan əsas vəsaitlərin amortizasiyası məbləğinin pulla ifadə edilməsi.

Analitik uçot – fərdi hesablarda, maddi və digər mühasibat uçotunun başqa hesablarında saxlanılan, hər bir sintetik hesab üzrə əmlak, öhdəliklər və biznes əməliyyatları üzrə ətraflı məlumatların qruplaşdırılması.

Auksion (hərrac) – Alıcıların müsabiqəsi əsasında malların ardıcıl satışı.

Mühasibat balansı – hesabat dövrü üzrə tərtib edilir, müəssisənin əmlakını pul şəklində ifadə edir, tərkibi və formalaşma mənbələrinin yerləşməsini əks etdirir.

Bank ssudası – kreditin verilməsi qaydasında təşkilatın bank tərəfindən verilən pul məbləği.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *