PİN kodlar haqqında bilmədiklərimiz (1-ci hissə)

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

 

Bank hesabınızdakı pulları yalnız dörd rəqəmli PİN kodun vasitəsilə çıxara bilərsiniz. Baxmayaraq ki, kod sadədir, bir çox insan onu yaddaşlarında saxlamaqda çətinlik çəkir. Yaddaş tərəfindən asan mənimsənilən və təhlükəsiz kodların seçiminə dair xarici ölkə saytlarından birində maraqlı yazı dərc edilib. Həmin yazını sizin diqqətinizə çatdırırıq.

1-ci hissə

Bu, ödəniş kartları bir yox, bir neçə ədəd olduqda, xüsusilə mühüm əhəmiyyət kəsb edir. Çünki həmin kartların hər birinin öz kodu olur. Bundan əlavə mobil telefon cihazlarının əksəriyyətində də PİN kodlardan istifadə edilir.

İstifadəçilərin hər biri rəqəmlər kombinasiyasından ibarət bu kodu yadda saxlamaq və qorumaqdan ötrü özünəməxsus üsuldan yararlanır. Biz isə xoşagəlməzliklərdən can qurtarmaq üçün vacib olan təhlükəsizlik tədbirlərindən söz açacağıq.

PİN kodların tarixi barədə.

Dünyada ilk dəfə PİN koddan 1967-ci ildə Londonda istifadə olunub, həmin tarixdə Barclays bankı özünün ilk bankomatını istifadəyə verib. Həmin dövrdə bankomat yalnız çek qəbul edə bilirdi. İlk bank kartını isə müştəriyə 1972-ci ildə dünyada Llyods bankı verib.

Bankomatı icad edən John Shepherd-Barron PİN kodlar üçün öncə altırəqəmli kod hazırlamağı düşünüb.  Lakin həyat yoldaşı ilə məsləhətdən sonra o, dördrəqəmli kodun üzərində dayanmalı olub, çünki xanımı yalnız dörd rəqəmi yaddaşında saxlaya bilib.

Bu gün beynəlxalq PİN kod standartı (ISO 9564-1) ən çox 12 simvolu olan koddan istifadə etməyə imkan verir. İstifadədə rahatlıq üçün altı simvoldan artıq koddan istifadə etmək məsləhət bilinmir. Altı rəqəmdən ibarət PİN kodlar əsasən Asiyada geniş yayılıb. Avropada isə altırəqəmli PİN kodlardan yalnız İsveçrədə istifadə olunur.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email