Pullar haqqında bilmədiklərimiz (3-cü hissə)

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Pul müxtəlif insanlarda fərqli emosiyalar doğurur. Kimi də sevinc, kimidə qürur və rahatlıq, kimidə paxıllıq, bəzilərində  isə xəyal qırıqlığı. Müxtəlif dövrlərdə pul vahidi kimi fərqli əşyalardan istifadə olunub ki, onlar bu ya digər tarixi dövrlərdə insanlar üçün dəyər kəsb edib. Fishki.net nəşri pullarla bağlı qeyri-adi və inanılmaz məlumatlar toplayıb. Bu silsilədən növbəti yazını sizin  diqqətinizə çatdırırıq.

“Moneta”

“Moneta” sözü bizlərə Qədim Romadan gəlib çatıb. Roma ilahəsi Yunona Moneta titulunu daşıyırdı ki, bu da latıncadan tərcümədə “qoruyucu” və ya “məsləhətçi” mənasını verir. Metal pulların zərbi ilə məşğul olan zərbxana, məhz, həmin ilahənin məbədi yaxınlığında yerləşirdi. Bundan sonra həmin emalatxanaların məhsullarını moneta adlandırmağa başladılar, ingilis dilində isə bu söz money adlanırdı.

Pul əvəzinə dəmir çubuqlar

Baxmayaraq ki, qədim Yunanıstanda “normal” pullar mövcud idi, Spartada bilərəkdən pul əvəzinə ağır və parktiki olmayan dəmir çubuqlardan istifadə olunurdu. Bunu o məqsədlə etmişdilər ki, spartalılar var-dövlətə can atmasınlar, oğurluq və rüşvətdən imtina etsinlər.

Ən ağır çəkili pul

Perta (Avstraliya) pul sarayının buraxdığı qızıl sikkə bu gün dünyada ən ağır pul hesab olunur. Onun çəkisi düz bir tondur. Həmin qızıl sikkə 999 əyarlı qızıldan hazırlanıb, diametri 80 sm, qalınlığı isə 12 sm təşkil edir. Nəhəngin nominal dəyəri – 1 milyon dollar təşkil edir, lakin mütəxəssislər hesablamışlar ki, o, qızıl külçələr halına salınsa, həmin sikkə təqribən 55 milyon dollara satıla bilər.

İsaak Nyuton və pul

İsaak Nyutonun adı əksəriyyətimiz üçün əfsanəvi almanın onun başına düşməsi və ümumdünya cazibə qanununun kəşfi ilə yadda qalıb. Lakin bəşəriyyət dahi alimə təkcə buna görə minnətdar olmamalıdır. Yəqin çox az adam xəbərdardır ki, Böyük Britaniya krallığının pul sarayına rəhbərlik etdiyi dönəmdə metal sikkələrin dairəsi boyunca cızıqların yaradılmasını, məhz, o təklif edib. Bu üsul həmin pulların saxtalaşdırılmasının qarşısını alıb. Yeri gəlmişkən, o dövrdə sikkələr əsasən qiymətli metallardan hazırlanırdı.

Kağız pullar

Kağız əskinaslar, bu cür adlandırılmasına baxmayaraq, onlar heç də kağızda çap edilmir. Həmin pullar xüsusi olaraq aşınmaya davamlı olan pambıq və kətandan ibarət materialdan hazırlanır. Bundan əlavə, hazırda bir çox ölkələrdə əskinasların davamlılığını bir qədər də artıran, daha möhkəm materiallar üzərində eksperimentlər aparılır. Məsələn,  Avstraliya, Çin, Braziliya, Şimali İrlandiya, Rumıniya və bir sıra başqa ölkələrdə artıq pulları xüsusi nazik plastikdən hazırlamağa başlayıblar.

 

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email