Qoca mühasibin nağılı
Biri var idi, biri yox idi, bir mühasib var idi. O, sıravi mühasiblikdən baş mühasibliyə kimi bir əmək yol keçmişdi. Hər gün həmin mühasib öz işinə oturduğu yazı stolunun çəkməcəsini açmaqla başlayarmış. Bu adam işə gələn kimi stolun gözünü çəkib içinə baxarmış və sonra da bağlayarmış. Harada işləməsindən asılı olmayaraq, bunu hər yerdə təkrarlayarmış. Nəhayət bir gün həmin mühasib gözlərini əbədi yumur. Onunla birlikdə çalışan əməkdaşları maraq götürərmiş ki, görəsən bu şəxs hər gün çəkməcədə nəyə baxırmış. Mühasib ölən kimi iş yoldaşları qaçıb, onun stolunun çəkməcəsini açırlar və oradan üzərində bu sözlər yazılan kiçik bir yazı parçası tapırlar: “Debet solda, Kredit sağdadır”.