Sabit sadələşdirilmiş vergi ödəyiciləri, verginin dərəcəsi və hesablanması qaydası

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Sabit vergi nədir?

Praktikada bəzi sadələşdirilmiş vergi ödəyiciləri üçün hesablama prosesini, ödəniş şərtlərini daha da sadə etmək zərurəti yaranır. Məhz bu məqsədlə onlara sadələşdirilmiş vergi üzrə sabit vergi məbləği tətbiq olunur. Prosesin daha da sadələşməsi vergi ödənişlərinin daha asan yığımını təmin edir. Sabit vergi məbləği üzrə vergi ödənişləri 2017-ci ilin yanvar ayından Azərbaycan vergi qanunvericiliyinə daxil edilib, ödəyiciləri muzdlu işçisi olmayan fərdi sahibkardır. Bu kateqoriyaya aid vergi ödəyicilərinin gəlirləri digər sadələşdirilmiş vergi ödəyicilərinə nisbətən olduqca azdır. Məhz bu Azərbaycan vergi qanunvericiliyində onlara sabit sadələşdirilmiş vergi ödəyiciləri kimi yanaşmanı təsbit etməyə səbəb olmuşdur. Belə yanaşma vergi ödəyicilərindən:

  • bəyannamə,
  • xüsusi hesablama;
  • ödəmə mənbəyində verginin tutulması kimi tələblər olmadan verginin yığılmasını nəzərdə tutur.

Sabit vergi muzdlu işçi cəlb etmədən fərdi sahibkarın ödədiyi sabit vergi məbləğidir

Sabit verginin ödəyiciləri

Vergi Məcəlləsinin 220.10-cu maddəsi sabit verginin əhatə etdiyi fəaliyyət növlərinə, verginin dərəcələrinə həsr olunub. Muzdlu işçi cəlb etmədən fəaliyyət göstərən belə fərdi sahibkarlara aşağıdakılar nümunə göstərilə bilər:

  • bərbərlər, dərzilər, pinəçilər;
  • müxtəlif məişət avadanlığı ustaları;
  • toy məclislərində çalğıçı, rəqqas, habelə digər analoji fəaliyyəti olan şəxslər;
  • həmçinin dayə xidmətini göstərən şəxslər.

Sabit vergi ödəyicisi olmaq üçün Dövlət Vergi Xidmətinin səlahiyyətli qurumlarında VÖEN alaraq qeydiyyata düşmək lazımdır. Qeydiyyata düşdükdən sonra “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz alınır. Qəbz iki iş günü ərzində (yazılı müraciət zamanı) yaxud real vaxt rejimində (elektron müraciət zamanı) verilir. Başqa fəaliyyət növünə görə VÖEN alınıbsa, qeydiyyat yeri üzrə vergi orqanına müraciət edib sabit vergi ödəyicisi kimi uçota durmaq lazımdır.

Qəbz fəaliyyətə başalayanadək alınmalıdır. Qəbz alarkən ondan həm sadələşdirilmiş vergi, həm MDSS, həm də İTS tutulacaqdır. Qəbz aylıq, rüblük, 6 aylıq yaxud illik alına bilər.

Sabit verginin hesablanması necə aparılır?

Məcəllənin 220.10 maddəsində qeyd edilmiş fəaliyyət növləri ilə məşğul olan fərdi sahibkarların ödəməli olduğu sabit vergi məbləği onların fəaliyyət göstərdiyi zonadan asılıdır, yəni fəaliyyət zonasından asılı olaraq əmsallar tətbiq edilir. Bu o deməkdir ki, hansı zonada fəaliyyət göstərilməsindən çox şey asılıdır. Aşağıdakı şəkildə zonalar üzrə əmsallar verilib:

Vergi Məcəlləsinin 220.10 maddəsinə əsasən sabit vergi məbləğinə zona əmsalları tətbiq edilir


Bakıda vergi kursları, sizə lazım olan kursları seçin, əlaqə saxlayın.


Sabit verginin ödənilməsi üçün qəbz əldə edərkən sizin qeydiyyatda olduğunuz deyil, faktiki çalışdığınız şəhər əsas götürülür. Məsələn, ola bilər ki, bir ayın içində həm Bakıda, həm də Sumqayıtda işləyirsiniz. Bakının əmsalı yüksək olduğundan, əmsallaşdırma zamanı o əsas götürüləcək.

Belə hal da ola bilər: siz bərbərsiniz, habelə dərzi kimi də çalışırsınız. Düşünməyin ki, cəmi bir dəfə ödəniş edəcəksiniz – hər bir fəaliyyət üçün ayrılıqda qəbz alınmalıdır.

Nəzərə alın ki, sabit vergini ödəyərək qəbz almaq, sizi vergi qanunvericiliyinin digər tələblərindən azad etmir. Məsələn, xidmət zamanı müştəriyə ödənişini təsdiq edən qəbz vermək vacibdir.

Bundan başqa altı aylıq yaxud bir illik vergi öhdəliyiniz üçün müvafiq qəbzi alarkən, ödəniş etsəniz də, sonradan müəyyən səbəbdən fəaliyyətinizi dayandırsanız, ödənişi geri istəmək mümkün deyil. Həmin ödənişi başqa fəaliyyətinizə də aid etmək olmaz.

Nümunə 1: Bakıda televizor, radio təmir edən ustanın ödəməli olduğu vergi məbləği : 10*2=20 manat

Nümunə 2: Sumqayıtda fərdi sürücülük fəaliyyəti göstərən fiziki şəxsin ödəməli olduğu verginin məbləğini hesablayaq: 10*1.5=15 manat

Sabit sadələşdirilmiş vergi ödəyicisinin fəaliyyəti ilə bağlı hesabat göndərmək  öhdəliyi  yoxdur.


Print Friendly, PDF & Email