Bələdiyyə vergiləri: torpaq vergisi

posted in: Vergi, Xəbər | 0
birbank biznes

AR Vergi Məcəlləsi respublikamızda torpaq vergisi haqqında qanunvericiliyin əsasını təşkil edir. Məcəllə bu vergi növü üzrə yığımları torpağın istifadə istiqamətindən asılı olaraq həm dövlət, həm də bələdiyyə vergisi kimi xarakterizə edir. Bu məqalədə bələdiyyə büdcəsinə ödənilən fiziki şəxslərin torpaq vergisi haqqında məlumat veriləcək.

Torpaq vergisi nədir?

Torpaq vergiyə cəlb edilən ilk obyektlərdəndir.  Torpaq vergisi cəmiyyətin inkişaf prosesində yerli vergi növü kimi vergi münasibətlərinin əsasını təşkil edib. Çünki iqtisadi münasibətlərinin ilkin mərhələsində natural təsərrüfatın üstünlük təşkil edirdi, iqtisadiyyatda aparıcı rol kənd təsərrüfatına məxsus idi.

Torpaq vergisinin inkişaf tarixinə baxsaq, bu inkişafın əmlak vergisi ilə paralel getdiyini görmək olar. Bu anlaşılandır,  belə ki, çünki onlar ta qədimdən sərvət növü sayılır. Odur ki, torpaq ve emlak vergisi arasında oxşarlıq vardır, məsələn:

  • vergi dərəcəsi kvadrat metrə illik sabit ödənişlər şəklində tətbiq edilir;
  • hər iki vergidə gəlirlilik nəzərə alınmır, torpaq yaxud əmlakın mövcudluğu kifayətdir.

Lakin, torpağın keyfiyyəti gəlirə təsir edir, ona görə də verginin miqdarı torpağın münbitliyindən, yerləşməsindən asılı olaraq təyin edilir. Fiziki şəxsin torpaq vergisi hər vahid torpaq sahəsinə uyğun olaraq sabit məbləğdə müəyyən edilir.

Fiziki şəxslərin torpaq vergisi

Yerli vergilər (bələdiyyə vergiləri) AR Vergi Məcəlləsinin eyni adlı 8-ci maddəsi ilə təyin olunub. Veri Məcəlləsinin 8.1.1. maddəsinə görə fiziki şəxslərin torpaq vergisi 206.1-1-ci və 206.3-cü maddələrə uyğun hallarda bələdiyyə vergisi sayılır.

 Torpaq vergisi üzrə hüquqi müddəalar Məcəllənin XIV fəslində şərh olunub. Fiziki şəxslər və bələdiyyələr arasında vergi münasibətlərinin tənzimlənməsi Azərbaycan  Respublikasının     İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin qərarı ilə təsdiq edilmiş “Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı metodiki vəsait” əsasında aparılır.

Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. Torpaq vergisi ödəyiciləri torpaq sahələri barədə mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra bələdiyyələrdə 1 ay müddətində uçota durmalıdırlar.

Kənd təsərrüfatı torpaqlarına görə bələdiyyə vergisinin hesablanması

Təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının vergi dərəcələri torpaqların təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla Nazirlər Kabineti tərəfindən müəyyən edilən şərti ballar əsasında torpaq sahəsinin hər bir hektarına görə hesablanır. Bir şərti balın qiyməti 6 qəpikdir. Qeyd edilən kənd təsərrüfatı torpaqları Nazirlər Kabineti tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir.

Nümunə1: Kürdəmir rayonunun Muradxan kəndində fiziki şəxsin mülkiyyətində II keyfiyyət qrupuna aid olan 2,5 hektar kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulan əkin sahəsi vardır. Bu keyfiyyət qrupu üzrə torpağın 1 ha üçün şərti bal 75 müəyyən edilib.

Bu halda fiziki şəxsin təyinatı üzrə istifadə edilən 2,5 ha torpaq sahəsinə görə 11,25 manat (1 ha əkin sahəsinin şərti balı 75 x 0,06 manat x 2,5 ha) torpaq vergisi hesablanacaq.

Digər torpaqlar üçün yerli vergilərin hesablanması

Kənd təsərrüfatı torpaqları istisna olmaqla fiziki şəxslərin torpaq vergisi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə növbəti cədvəldə göstərilən dərəcələr tətbiq olunur:

Kənd təsərrüfatı torpaqları istisna olmaqla bələdiyyə büdcəsinə ödənilən fiziki şəxslərin torpaq vergisi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə hesablanır.

Ayrılıqda bir neçə fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi onlara məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır.

Fiziki şəxslərin torpaq vergisi üzrə hesablamalar haqqında buradan da məlumat almaq olar.

Bələdiyyə vergiləri üzrə ödəmələr

Fiziki şəxslərin torpaq vergisi bələdiyyələr tərəfindən hər il iyul ayının 1-dək hesablanır və ödənilməli olan torpaq vergisinin məbləğini özündə əks etdirən tədiyə bildirişini avqust ayının 1-dən gec olmayaraq onlara çatdırılır

Hesablanmış torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq fiziki şəxslər tərəfindən yerli (bələdiyyə) büdcəyə ödənilir.

Kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan, lakin təyinatı üzrə istifadə olunmayan torpaqlar üzrə torpaq vergisi isə fiziki şəxlər tərəfindən dövlət büdcəsinə ödənilir.

Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir.

Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etdikləri torpaqlara görə hesablanmış torpaq vergisinin məbləği gəlirdən çıxılmalara aid edilir.

Yerli vergilər üzrə vergi güzəştləri

Aşağıdakı şəxslərin mülkiyyətində olan torpaqlara görə ödənilən bələdiyyə vergisi 10 manat azaldılır:

  • Azərbaycan Respublikasının Milli Qəhrəmanları, Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları,
  • müharibə əlilləri;
  • həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri) və övladları;
  • 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər;
  • qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslər;
  • Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində şüa xəstəliyinə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.

Bundan başqa müəyyən qrup fiziki şəxslərin torpaq vergisi müəyyən müddətə vergiyə cəlb edilmir:

  • Azərbaycan Respublikasının Prezidentinin qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər həmin parklarda qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, bu parklarda istifadə etdikləri torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar
  • İnvestisiya təşviqi sənədini almış fərdi sahibkar həmin sənədi aldığı tarixdən mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddır.

Bələdiyyə vergisi üzrə azadolmalar haqqında burdan da məlumat almaq olar.


İdeyaları texnoloji həllərə çeviririk - Genity

Print Friendly, PDF & Email