Uçan siçanlardan 3,7 milyard dollar gəlir

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Yarasalar fermerlərə milyonlara qənaət etməyə kömək edir.

Bir çoxlarının qorxunc kabus kimi qarşıladığı yarasalar, sən demə kaliforniyalı fermerlərə milyonlarla dollar fayda verirmiş. Belə ki, uçan siçanlar ziyanvericilərə qarşı effektiv mübarizə vasitəsi imiş.

Kaliforniyadan olan Glenn Anders uzun illərdir ki, öz fermasında badam məhsulu yetişdirir və o heç vaxt sarayında və bağında uçuşan yarasalara diqqət yetirmirdi, ta ki, “Yarasaların Kaliforniya sahil mühafizəsi” xidməti nümayəndələri qapısını döyənədək. Xidmət əməkdaşları uçan siçanların artıb çoxalması üçün fermerə yarasalar üçün xüsusi bir daldanacaq (evcik) tikməyi məsləhət gördülər. Bir neçə il ərzində yarasalar “yeni sahiblərinə” elə də əhəmiyyət vermədilər. Yalnız qonşu fermerlərdən bir neçəsi öz təsərrüfatlarında qarğıdalı əkininə başlayan kimi, yarasalar burada daimi qalmağa üstünlük verdilər.

“Bu elə də təəccüblü olmadı, axı qarğıdalı zəmisi yarasalar üçün əlverişli mühit rolunu oynayır, belə ki, ora yığılan ağcaqanadları bu canlılar çox acgözlüklə həzm-rabedən keçirirlər”. – Anders belə söyləyir. “Mənə maraqlı gəldi, görəsən yarasalar ziyanverici kəpənəkləri də yeyirlərmi?”

Andersinin özü 30 ildir ki, bazara ekoloji cəhətdən təmiz, orqanik məhsullar çıxarır. Onun qonşuları isə badam məhsulunun nüvəsini məhv edən ziyanverici kəpənəklərin bir neçə növü ilə mübarizə aparmaq üçün müxtəlif zəhərli dərman və pestisidlərdən istifadə edirdilər. Andersin badam ağaclarında isə heç vaxt belə problem yaranmamışdı. “Öz-özümə sual verdim, görəsən, məhsulumun dərmansız yetişməsində mənim yarasalarımın nə qədər rolu olub”, – fermer belə söyləyib. – “Axı onlar axşamçağı ova çıxırlar, ağcaqanadlar və zərərverici kəpənəklər də məhz, həmin vaxtlarda peyda olurlar”.

Kaliforniya universitetindən olan elmi işçi Devon Freyzer Andersin fermasındakı yarasalar üzərində tədqiqat aparmaq üçün fermerdən razılıq alır. Yarasaların nəcisinin analizi göstərir ki, onlar məhz, həmin zərərvericilərlə qidalanırlarmış.

Aparılan sonrakı tədqiqatlar da yarasaların kənd təsərrüfatı üçün nə qədər faydalı olduğunu üzə çıxarır. Məlum olub ki, uçan siçanlar təkcə müxtəlif məhsullara (qarğıdalı, pambıq, müxtəlif qoz-fındıq və düyü)  ziyan verən zərərvericiləri məhv etmirlər, eləcə də 300 növə yaxın meyvə ağaclarının tozlanmasını həyata keçirirlərmiş.

Kaliforniya universitetindən olan Devis Ketrin İngrem yarasaların fermerlərə gətirdiyi faydanı rəqəmlərlə ifadə etmək üçün uzun sürən tədqiqatlar aparıb.

“Mən zərərvericilərin məhvindən ötrü fermerlərin istifadə etdikləri dərman və pestesidlərə və s. nə qədər xərc çəkdiklərini araşdırdım və yarasaların onlara nə qədər fayda gətirdiklərini üzə çıxardım”.

Tədqiqatların nəticəsi məlum olanda və yarasaların kənd təsərrüfatına verdiyi xeyir rəqəmlərlə ifadə edildikdə, ortaya böyük məbləğlər çıxıb. Təkcə ABŞ-ın qarğıdalı sənayesinə uçan siçanlar 1 milyard dollarlıq fayda verir, ümumilikdə yarasaların Şimali Amerikanın kənd təsərrüfatına verdiyi xeyir 3,7 milyard dollar təşkil edir. Texas ştatının cənubunda yerləşən və pambıq becərilməsi ilə məşğul olan fermer təsərrüfatlarının hər biri isə yarasaların ucbatından ildə 1 milyon dollar fayda götürür.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email