“Vergi müfəttişlərinin” qastrolları

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

“Vergi müfəttişlərinin” qastrollarının qarşısını hüquq-mühafizə orqanları kəsib. Hadisə ötən il baş versə də bu haqda məlumat nədənsə gözdən yayınıb. Həm də bu tip hadisələr istənilən ölkədə baş verə bilər. Hər halda belə cinayətlərdən xəbərdar olmaq, kimsəyə ziyan gətirməz. O səbəbdən bu kriminal faktı, sizin diqqətinizə çatdırmaq qərarına gəldik.

Rusiya hüquq-mühafizə orqanları 2016-cı ildə Tatarıstanda kriminal qastrolçuları ələ keçirib. Onlar 2013-2016-cı illər ərzində özlərini vergi müfəttişləri kimi təqdim edərək, Kursk vilayətində yerləşən müəssisələrdə “yoxlamalar” həyata keçiriblər. Bu zaman xeyli pulları mənimsəyiblər. Rusiyanın Kursk vilayət daxili işlər idarəsindən verilən məlumata görə, maxinatorlar özlərini çox soyuqqanlı və hətta həyasız aparıblar. Onlar ticarət müəssisəsinə daxil olaraq, yoxlama keçirəcəklərini bildiriblər. Bu zaman saxta vəsiqələr təqdim edən kriminal qrup, müəssisə rəhbərinə mənəvi təzyiq göstərib. Bundan sonra kassalardan yerləşən nağd pulları saymağı tələb ediblər və özləri də həmin məbləği saymağa başlayıblar. Sonra birdən “yadlarına” əlavə sənədlər düşüb və onlar müdiriyyətdən onları gətirməyi tələb ediblər. Müəssisə rəhbəri həmin sənədləri gətirmək üçün çıxan kimi, saxtakarlar nağd pulları götürüb, aradan çıxıblar. Hər bir bu cür epizod zamanı onlar bir qayda olaraq bir neçə on min rubl miqdarında pul mənimsəyiblərmiş.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email