Ən son xəbərlər
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 26 milyard 142,5 milyon manat olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 % çoxdur. … Read More
“Dövlət rüsumunun tutulması haqqında hesabat”ın forması və tərtib edilməsi qaydası yenilənib
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərə uyğun olaraq, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq əmri ilə “Dövlət rüsumunun tutulması haqqında hesabat”ın formasına və “Dövlət rüsumunun tutulması haqqında hesabat”ın tərtib edilməsi Qaydası yeni redaksiyada təsdiq olunub. Bununla əlaqədar … Read More
Azərbaycanda vergi ödəyicilərinin sayı artıb
Bu il noyabrın 1-nə Azərbaycanda 1 734 871 vergi ödəyicisi olub. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir. Məlumata görə, bu, ötən il noyabrın 1-i ilə müqayisədə 4,5 % çoxdur. Vergi ödəyicilərinin 86,7 %-i fiziki şəxslər, … Read More
Nümayəndəlik, mənzil və yemək xərclərinin gəlirdən çıxılması şərtləri
Mövzunu iqtisad elmləri üzrə fəlsəfə doktoru, vergi eksperti İsmayıl Bağırov şərh edir. Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən, işəgötürənin işçilərə və onların ailə üzvlərinə çəkdiyi sosial xarakterli xərclərin və əyləncə xərclərinin gəlirdən çıxılmasına yol verilmir. Lakin Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş … Read More
Azərbaycanda əməkhaqqının gizlədilməsinə qarşı elektron nəzarət tətbiq olunacaq
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarının qarşısını almaq məqsədilə yeni nəzarət mexanizmi işə salınacaq. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “2027-ci il dövlət büdcəsi haqqında”qanun layihəsinin müzakirəsi … Read More
Vergi Məcəlləsinə dəyişikliklər sahibkarlıq mühitinin dəstəklənməsini hədəfləyir
Vergi Məcəlləsinə təklif olunan yeni dəyişikliklər vergi inzibatçılığının sadələşdirilməsi, sahibkarların inzibati və maliyyə yükünün optimallaşdırılması, investisiyaların təşviqi və fiskal dayanıqlığın təmin edilməsini hədəfləyir. Diqqətçəkən məqamlardan biri isə biznes ictimaiyyətinin təkliflərinin nəzərə alınmasıdır. Belə ki, dəyişikliklərin təklif olunduğu 67 istiqamətdən 21-i … Read More
Deputat: “Saatlıq əməkhaqqı sistemi yeni iş imkanları yarada bilər”
Azərbaycanda saatlıq əməkhaqqı sistemi yeni iş imkanları yarada bilər. Bunu deputat Musa Quliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, saatlıq minimum əməkhaqqı kənd təsərrüfatı, yaşayış, turizm, məişət xidməti, daşıma xidmətləri və … Read More
Azərbaycanda orta aylıq əməkhaqqı artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 7,8 % artaraq 1 173 manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, … Read More
Şəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır?
Sualım vergi ödəyicisinin satış məqsədilə aldığı malların şəxsi istifadəsi üçün silinməsi ilə bağlıdır. Məsələn, “AA” MMC satış məqsədilə 2.000 manat əsas məbləğ və 360 manat ƏDV ödəyərək mal alır və ƏDV-ni əvəzləşdirir. Daha sonra həmin malların 1.000 manat dəyərində olan … Read More
Praktik mühasibatlıq və E-sənədləşmə kursu
Azərbaycan Mühasiblər Məktəbi praktiki biliklərinizi artırmaq üçün yeni təlim proqramı təqdim edir – Praktiki mühasibatlıq və E-sənədləşmə kursu Şirkətin gündəlik mühasibatlıq və sənədləşmə əməliyyatlarını nə dərəcədə müstəqil idarə edə bilirsiniz? Aşağıdakı əməliyyatlar mühasiblərin gündəlik iş prosesinin vacib hissəsidir. Vergi portallarında … Read More
Mühasiblərin bayramı
Beynəlxalq Mühasiblər Günü Mühasib xüsusi peşədir, bütün zamanlarda tələbat və hörmət duyulan bir peşə. Məhz, bu səbəbdən demək olar ki, hər bir Avropa ölkəsində və eləcə də ABŞ-da mühasibat işçilərinin milli bayramının olmasına baxmayaraq, 2008-ci ildə YUNESKO tərəfindən irəli sürülən … Read More
Kiçik sahibkarlar üçün 5 illik vergi güzəşti tətbiq olunacaq
Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. Bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib. Orxan … Read More
Azərbaycanda ixrac gəlirlərinə 5 illik mənfəət vergisi güzəşti tətbiqi təklif edilir
Azərbaycanda istehsal olunan malların və ölkə daxilində göstərilən xidmətlərin ixracından əldə edilən gəlirlərə 5 il müddətinə mənfəət (gəlir) vergisi güzəşti tətbiq edilməsi təklif olunur. Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə istinadən xəbər verilir. Layhəyə istinadən, güzəşt ixracdan əldə edilən gəlirlərin vergi … Read More
Gələn ildən aksizə cəlb olunan malların siyahısı genişləndiriləcək
2027-ci ildən ildən aksizə cəlb olunan malların siyahısının artırılması nəzərdə tutulur. Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı deyib. DVX rəisi bildirib ki, yenilik vergitutma bazasının … Read More
Vergi Məcəlləsinə ixracyönümlü fəaliyyət və turizm sektoru üçün yeni güzəştlər təklif olunur
Vergi Məcəlləsinə təqdim olunan mühüm dəyişiklik ixracyönümlü fəaliyyətin stimullaşdırılması ilə bağlıdır. Bu istiqamətdə ixrac fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün əlavə vergi təşviqlərinin tətbiqi nəzərdə tutulur. Bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və … Read More
Vergi Məcəlləsinə dəyişikliklər sahibkarlıq mühitinin yaxşılaşdırılmasına yönəlib
Vergi Məcəlləsinə təqdim olunan dəyişikliklər ölkədə həyata keçirilən iqtisadi islahatların davamı olmaqla, vergi sisteminin müasir çağırışlara uyğun inkişafına yönəlib. Bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı deyib. Orxan Nəzərlinin … Read More















