Əsas vəsaitlərin təmiri

posted in: Uncategorized | 0

Müəssisədə olan əsas vəsaitlərin düzgün istifadəsində onların təmiri böyük əhəmiyyət kəsb edir. Buna görədə hər bir müəssisə sahib olduğu əsas vəsaitləri cari vəya əsaslı təmir edir. Əsas vəsaitlərin əsaslı vəya cari təmir təsərrüfat üsulu podrat üsulu ilə aparılır. Podrat üsulla təmirin aparılması zamanı ixtisaslaşdırılmış tikinti təşkilatları ilə müqavilə bağlanılır və aparılan təmir işi həmin təşkilata tapşırılır. Podratçı tikinti təşkilatları tərtib olunmuş müqavilə əsasında yerinə yetirilən işlərin həcminə müvafiq olaraq sifarişçi təşkilata hesab-qaimə təqdim edir. Hesab-qaiməyə əsasən yerinə yetirilən təmir işlərinin dəyərinə sifarişçi təşkilat podratçı təşkilata ödəyir. Podratçı təşkilat ilə aparılan təmir üzrə hesablaşmaların uçotu  60№-li “Malsatan podratçılarla hesablaşmalar” hesabında aparılır. Həmin hesabın kreditində görülmüş təmir işləri üzrə podratçı təşkilatla hesablanan məbləğ, debetində isə hesablaşma hesabından onlara ödənmiş məbləğ əks olunur.

Təsərrüfat üsulu ilə yerinə yetirilən təmir işlərində bütün məsrəflərin uçotu müəssisənin özünün mühasibatlığında aparılır. Bir sıra hallarda müəssisələrin tərkibində təmir-tikinti qrupu və ya təmir sexi yaradılır ki, belə halda sərf olunmuş məsrəflər 23№-li “Köməkçi istehsalat” hesabında uçota alınır. Təmirlə aparılan bütün faktiki məsrəflər istehsal xərclərinə və ya tədavül xərclərinə keçirilir.

Əgər aparılan təmirlə əlaqədar məsrəflər istehsal xərclərinə və ya tədavül xərclərinə daxil olunursa, mühasibat uçotunda aşağıdakı qaydada yazılış aparılır:

Təmir təsərrüfat üsulu ilə müəssisənin özü tərəfindən icra olunursa 20№-li “Əsas istehsalat”, 23№-li “Köməkçi istehsalat”, 25№-li “Ümumi istehsalat xərcləri”, 44№-li “Tədavül xərcləri” hesablarının debetinə və 10№-li “Materiallar”, 70№-li “Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar”, 71№-li “Təhtəlhesab şəxslərlə hesablaşmalar” və s. hesabların kreditinə təmir podrat üsulu ilə kənar təşkilat tərəfindən həyata keçirildikdə 20№-li “Əsas istehsalat”, 25№-li “Ümumi istehsalat xərcləri”, 26№-li “Ümumi təsərrüfat xərcləri”, 44№-li “Tədavül xərcləri” hesablarının debetinə və 60№-li “Malsatan və podratçılarla hesablaşmalar” hesabının kreditində əks olunur.

Əsas vəsaitlərin təmiri ilkin sənədlər vasitəsilə rəsmiləşdirilirr. Bu sənədlərə aşağıdakılar aiddir:

  • Görülmüş işlərin naryadları
  • Material qiymətlərinin xərcləri
  • Təmirdən qabaq tərtib edilmiş qüsur aktları
  • Təhvil-təslim aktları

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *