Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları

posted in: Xəbər | 0
birbank biznes

Əmək Məcəlləsi üzrə işçinin və işəgötürənin hüquqlarının qorunması

Bildiyimiz kimi işçi və işəgötürən olmaqla  müqavilənin iki tərəfi var. Əmək müqaviləsinin tərəfləri haqqında ətraflı məlumatı buradan əldə etmək olar. Bu məqalədə isə tərəflərdən biri – işçinin hüquqları şərh olunur.

Əmək Məcəlləsində əmək münasibətləri üzrə əsas prinsiplərdən biri “tərəflərin hüquqi bərabərliyi” prinsipidir. Tərəflərin hüquqi bərabərliyi prinsipi ilk növbədə hüquq və vəzifələrin əmələ gəlməsi, icrası zamanı hüquq subyektinin həcmində, qanunla bərabər imkanların yaradılmasında öz təsdiqini tapır. Bu hüquq və vəzifələr həm işçinin, həm də işəgötürənin faktiki fəaliyyətini əhatə edir. Müqavilə hüquq münasibətlərinin yaranmasının əsası kimi, yəni hüquqi fakt kimi çıxış edir. Hər bir şəxs sənədi imzalayan andan işçi hüququna sahib olur və qanunvericiliyə uyğun müəyyənləşən qaydalar ona şamil olunur. İşçi ilə işəgötürən arasında münasibətlər digər prinsiplərlə yanaşı tabeçilik prinsipinə əsaslanır.

Müqavilə üzrə  işçinin əsas hüquqları ƏM-nin 9-cu maddəsi ilə nizamlanır.

Əmək funksiyasının icrası ilə bağlı işçinin əsas hüquqları

  • Hər bir kəs öz ixtisasına, peşəsinə uyğun istənilən fəaliyyət növü, məşğuliyyət, iş yeri seçə bilər, buna görə heç bir məcburiyyət yoxdur. Öz əmək qabiliyyətinə uyğun sərbəst şəkildə fəaliyyət növü seçərək müqavilə bağlamaq işçinin hüququdur.
  • Müqavilənin məzmununa daxil edilən şərtlər tərəflərin razılığına əsasən hazırlanır. Əgər işçi hər hansı bir şərtin dəyişdirilməsin yaxud əlavə edilməsini istəyərsə, işəgötürənə müraciət edə bilər. Müqavilənin ləğvi üçün 1 ay qabaqcadan qarşı tərəfə xəbərdarlıq edilməlidir.
  • İşçinin həm iş müddətindən sonra, həm də həmin müddət ərzində əvəzçilik qaydasında qanuna uyğun olaraq başqa fəaliyyət növü ilə də məşğul olmaq hüququ var.  Belə olduqda onun iş vaxtı ƏM-də təyin olunan normadan artıq olmamalı və  tərəflərin müqavilədə nəzərdə tutulan öhdəliklərinə ziyan gəlməməlidir.
  • ƏM-nin IX bölməsində qeyd olunduğu kimi, təhlükəsiz əmək şəraiti yaratmaq, işçilərin həyatını qorumaq, əməyin mühafizəsini təmin etmək işəgötürənin vəzifəsidir. Həmin öhdəliklər müqavilədə nəzərdə tutulmalıdır. İşçilər əməyin mühafizəsi şəraiti, həmin şəraitə uyğun olaraq onlara müəyyən edilmiş güzəştlər, təminatlar haqqında məlumat tələb etmək hüququna malikdirlər. Bu tələbləri yerinə yetirmək işəgötürənin borcudur.
  • İşçi qanuna müvafiq minimum məbləğdən az olmayan əməkhaqqı ala bilər. Minimum  məbləğ AR Prezidentinin Sərəncamına əsasən təyin olunur. Əgər işçi iş vaxtına düzgün əməl edib işdə olubsa, onun bu hüququ yerinə yetirilməlidir.
  • ƏM-nin 99-cu maddəsinə əsasən işçi iş vaxtından artiq müddət ərzində işə cəlb oluna bilər, bu zaman onun razılığı olmalıdır. Müqavilədə tərəflər arasında razılaşdırılmış iş günlərinin, eləcə də iş saatlarının miqdarından artıq müddətdə işləmək nəzərdə tutularsa, əlavə əmək haqqı tələb edilə bilər.
  • İşçini əmək funksiyasında nəzərdə tutulmayan işləri yerinə yetirməyə  məcbur etmək olmaz. Belə vəziyyət yarandıqda onun tam hüququ var ki, ya imtina etsin, ya da əməkhaqqı qarşılığında işi icra etsin.

İş vaxtının tənzimlənməsi üzrə işçinin hüquqları

  • İş vaxtı işçinin əmək funksiyasını həyata kecirməsi üçün müəyyən olunan zamandır. Onun müddəti ƏM-nin  89-cu maddəsinə əsasən 8 saatdan çox olmamalıdır. İşçi daxili intizam qaydalarına, iş vaxtı rejiminə düzgün şəkildə əməl etməlidir.
  • Bəzi kateqoriyalardan olan işçilərə Məcəllənin 91-94-cü maddələrində qeyd olunduğu kimi qısaldılmış iş vaxtı təyin oluna bilər. Onların həmin vaxt çərçivəsindən kənara çıxmadan işləmək hüququ vardır. Həmçinin, bununla əlaqədar Nazirlər Kabinetinin 175 nömrəli qərarı var.
  • İşçiyə istirahət günlərindən istifadə etmək üçün şərait yaradılmalıdır. ƏM-nin 104-cü maddəsinə əsasən iş həftəsinin 5- 6 günlük olmasına müvafiq olaraq istirahət günləri 2 və 1 gün təyin edilib.
  • İşçi 21 gündən az olmayan ödənişli məzuniyyətdən, ödənişsiz, sosial məzuniyyətlərdən istifadə edə bilər. ƏM-nə görə müəyyən edilmiş məzuniyyət, ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.

İşçinin sosial yönümlü hüquqları

  • İşçinin peşə hazırlığl, ixtisasartırma hüququ vardır. Həmin hüququ yerinə yetirmək üçün işəgötürən ƏM 12-ci maddəsinə əsasən onlara cinsindən asılı olmayaraq bərabər yanaşmalı, lazımi şərait yaratmalıdır.
  • ƏM-də 195-ci maddənin c), ç) bəndlərində göstərildiyi kimi işçinin səhhətinə, həmçinin əmlakına ziyan dəyibsə, işəgötürən maddi məsuliyyət daşıyır. İşçinin dəyən ziyanın ödənilməsinin tələb etmək hüququ vardır.
  • İşçinin sosial müavinətlər, yardımlar almaq, sosial sıgorta, icbari tibbi sıorta, digər növ sığorta qaydalarından və güzəştlərdən istifadə etmək, işsizliyə ğörə dövlət təminatı almaq hüququ var. İşçilərin sosial sığorta olunması prinsipləri, sosial sığorta sahəsində digər münasibətlər ƏM-si ilə müəyyən olunur (ƏM XII bölmə). Eləcə də, işsizlikdən sığorta haqqında AR qanunu mövcuddur. İşçilərin  hüququnu məhdudlaşdırmaq və ya onları bu hüquqdan məhrum etmək yolverilməzdir.
  • İşçi həmkarlar ittifaqına daxil olmaq, Həmkarlar ittifaqları (Hİ) işində iştirak etmək hüququna malikdir. Hİ üzvü olduqları üçün onlara qarşı ayrı-seçkilik qanunla cəzalandırılır. Həmin təşkilatın əsas məqsədlərindən biri, işçilərin hüquqlarının müqafiə olunmasıdır.
  • İşçi ƏM-nin 288-ci maddəsində qeyd olunanlarla bağlı hüquqlarının pozulduğunu aşkar etdikdə məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana hüquqlarının müdafiəsi üçün müraciət edə bilər.
  • İşçinin qanunla iş yeri, vəzifəsi, digər məlumatlar barədə arayış almaq hüququ vardır. Arayışın, digər sənədlərin işçiyə məlumat verilmədən başqa yerə göndərilməsi yolverilməzdir. Həmçinin, işçi özü barədə məlumatları elektron informasiya sistemindən real vaxt rejimində əldə edə bilər.

Print Friendly, PDF & Email