Əsas məqsəd vergi ödəyiciləri ilə münasibətlərin partnyorluq səviyyəsində qurulmasıdır

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergi ödəyiciləri Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunan «Sahibkarlıq fəaliyyətində yoxlamaların dayandırılması haqqında» qanun layihəsinin parlamentdə qəbul edilməsindən sonra 2015-ci il noyabrın 1-dən sahibkarlıq subyektlərində yoxlamalar iki il müddətinə dayandırıldı. Qanunun müvafiq müddəalarına əsasən, iki il ərzində yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparılmalı idi. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla həyata keçirilir.

Ötən ilin sonunda ölkə başçısı «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» Qanunda dəyişikliklər edilməsi barədə qanun imzalayıb. Həmin sənədə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması 2021-ci il yanvarın 1-dək uzadılıb.

Qanunun müddəaları vergi yoxlamalarına şamil olunmasa da, kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsi müvəqqəti olaraq azaldıldı və bu tendensiya davam etdirilir. Məsələn, 2018-ci ilin ilk dörd ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə səyyar vergi yoxlamalarının sayında 40 faiz azalma olub.

Vergilər Nazirliyinin bu məsələdə mövqeyi belədir ki, vicdanlı vergi ödəyicisi ilə qanunun tələblərinə məhəl qoymayan ödəyici arasında fərq qoyulmalıdır. Vergi orqanının vəzifəsi isə səhvin başvermə anını gözləmək deyil, bütün vasitələrlə onun qarşısını almaqdır. Vergi siyasətinin əsas məqsədi vergi ödəyiciləri ilə münasibətlərin partnyorluq səviyyəsində qurulması, kiçik və orta bizneslə məşğul olan vergi ödəyicilərinin inkişafı, nəzarət etməkdən çox onlarla əməkdaşlıq münasibətlərinin yaradılmasıdır.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email