03№-li “Uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlər” hesabı

posted in: Xəbər | 0
birbank biznes

03№-li “Uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlər” hesabı müəssisələr tərəfindən uzun müddətə icarəyə götürülmüş əsas və-saitlərin mövcudluğu və hərəkəti haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur. Bu hesabdan icarədar müəssisələr-də istifadə edilir. icarə müqaviləsinin şərtlərinə uyğun olaraq uzun müddətə icarəyə götürülən gələcəkdə alınma hüququ olan, yaxud alınma hüququ ol-mayan, müqavilədə və ya icarəçi ilə icarədar arasındakı başqa razılaşma sənədlərində nəzərdə tutulmuş qiymətlərlə dəyəri ödənilərək icarəyə götürənin mülkiyyətinə keçən obyektlər (sənədlərdə nəzərdə tutulmuş icarə müddətindən asılı olaraq) icarəyə götürülmüş əsas vəsaitlərə aid edilir.

Uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlər 03№-li “Uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlər” hesabında icarəyə verən və icarədarlar arasında razılaşdırılmış qiymətlə uçota alınır. Uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası) 02№-li “Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)” hesabında uçota alınır.

Uzun müddətə icarə şərti ilə müəssisəyə daxil olmuş əsas vəsaitlərin mədaxili 03№-li “Uzun müddətə icarəyə götürülmüş əsas və-saitlər” hesabının debetində və 97№-li “İcarə öhdəlikləri” hesabının kreditində əks etdirilir.


Uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlərin istifadəsinə görə icarəyə verənlərə çatası vəsaitlərin ödənişi 97№-li “icarə öhdəlikləri” hesabının debetində və pul vəsaitlərini uçota alan hesabların isə kreditində əks etdirilir. Uzunmüddətli icarə müqaviləsi üzrə hesablanmış faiz məbləği 97№-li “İcarə öhdəlikləri” hesabının kreditində və 81№-li “Mənfəətin istifadəsi” hesabının debetində əks etdirilir.

İcarə müqaviləsinin şərtlərinə (yaxud icarəyə verənlərlə icarədar arasındakı əlavə razılığa) görə icarəyə götürülmüş əsas vəsaitlər icarədarın mülkiyyətinə keçdikdə 01№-li “Əsas vəsaitlər” hesabının debetində və 03№-li “Uzun müddətə icarəyə götürülmüş əsas və-saitlər” hesabının kreditində əks etdirilir. Bununla birlikdə bu əsas vəsait obyektinin 02№-li “Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)” hesabındakı köhnəlmə məbləği 02-2 “Uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)” subhesabından 02-1 “Xüsusi əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)” subhesabına köçürülür.

İcarəyə götürülmüş əsas vəsaitlər müqavilə müddəti qurtardıqdan sonra icarəyə verənlərə                   qaytarılarsa,    onda     02№-li     “Əsas     vəsaitlərin     köhnəlməsi (amortizasiyası)” hesabının debetində və 03№-li      “Uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlər” hesabının kreditində yazılış aparılır.

Əgər icarəyə götürülmüş əsas vəsait obyekti icarə müqaviləsinin müddəti qurtarana qədər icarəyə verənə qaytarılarsa, 03№-li “Uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlər” hesabının kreditinə, 02№-li “Əsas vəsaitlərin köhnəlməsi (amortizasiyası)” hesabının (hesablanmış köhnəlmə məbləğində) və 97№-li “icarə öhdəlikləri” hesabının (obyektin istifadəsi üçün icarəyə verənə köçürülməmiş ödəniş məbləğində) debetində yazılış aparılır.

03№-li “Uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlər” hesabı üzrə analitik uçot əsas vəsaitlərin növləri və ayrı-ayrı inventar obyektləri üzrə aparılır.

03№-li “Uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlər” hesabı aşağıdakı

hesablarla müxabirləşdirilir:

Debet üzrə

Kredit üzrə

 

97 icarə öhdəlikləri

 

01 Əsas vəsaitlər

 

02 Əsas vəsaitlərin köhnəlməsi

97 icarə öhdəlikləri

 

Print Friendly, PDF & Email