1 iyul – Hindistanda Mühasiblər günüdür

birbank biznes

1 iyul – Hindistanda Mühasiblər günüdür

mühasiblər günü

Hindistanda mühasiblər günü hər il iyulun 1-də qeyd olunur. Əslində bu, sertifikatlaşdırılmış mühasiblər haqqında qanunun qüvvəyə mindiyi gündür – 1 iyul 1949-cu il tarixindən qeyd olunan Sertifikatlaşdırılmış Mühasib Günüdür (CA DAY).
Bu bayramın təsisində başlıca rol Hindistan Sertifikatlaşdırılmış Mühasiblər İnstitutuna (ICAI) məxsusdur. Bu, Amerikan Auditorlar İnstitutundan sonra böyüklüyünə görə peşəkar mühasibləri birləşdirən ikinci qurumdur. Sözügedən qurum Hindistanda təkcə mühasiblərin fəaliyyət qaydalarını işləyib hazırlamır, həm də Hindistan hökumətinin maliyyə və iqtisadi siyasətinin formalaşmasında iştirak edir. Mühasiblər Günü ISAI-nin baş və regional ofislərində qeyd olunur. Bayram proqramına müxtəlif mədəni proqramlar, qanvermə, oyunlar və gələcək üçün planların müzakirəsi ilə bağlı sosial aksiyalar daxildir.
mühasiblər günüArayış üçün: sertifikatlaşdırılmış mühasib peşəsi Hindistanda ən hörmətli peşələrdən, sertifikatlaşdırılmış mühasib hazırlığı proqramı isə ən mürəkkəb proqramlardan biri hesab olunur. Hindistanda mühasibə biznes və maliyyə məsələlərində ekspert kimi baxılır və o səbəbdən istənilən şirkətdə ona vacib persona kimi yanaşılır.
Hazırlıq və ICAI-də attestasiyadan keçmiş şəxslər ICAI-nin sertifikatlaşdırılmış mühasib partnyorları hesab olunurlar, hansı ki, tam üzvlük üçün həm də Hindistanda 5 illik staja malik olmaq lazımdır.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email