10 il sonra sizdə təəssüf yaradacaq 7 vərdiş

posted in: Məqalə, Xəbər | 0

10 il sonra sizdə təəssüf yaradacaq 7 vərdiş.

Bu vərdişlərin nəticəsi çox cansıxıcı olub. Həyat sevinc verməyi dayandırır, pullar xoşbəxtlik gətirmir, hələ adi xırdalıqlardan öz açmırıq. Məhv olmuş sağlamlıq işləməyə imkan vermir və həyat üçün təhlükəyə çevrilir. Bir il ərzində 16 kiloqram əzələ kütləsinin itkisi özünə dəyər vermə və səhhətə ciddi təsir göstərir. Qısası, əgər səndə hər şeyin yaxşı olmasını istəyirsənsə, onda mütləq  bu məqaləni oxu. (vərdiş)

10 il o qədər uzaq perspektiv kimi görünə bilər ki, onlar haqqında hətta düşünməyə də dəyməz. Baxmayaraq ki, ürəyinizin dərinliklərində siz yəqin bilirsiniz ki, gələcək həyatın arzuları artıq bu gündən başlayır.

İlk növbədə, öz hərəkətlərinizlə xoşbəxtlik və müvəffəqiyyət şansını azaltmırsınız ki? Bax, bunu başa düşməlisiniz. Burada insanların keçmişə baxdıqları zaman adətən təəssüfləndikləri yeddi ən ümumi vərdiş barədə söz açacağıq. Əgər özünüz üçün oxşar bir şey görürsünüzsə – hər şeyi dəyişdirməyin, əsl zamanıdır.

  • İnternetdən asılıb qalmaq

Hamı aktiv şəkildə müxtəlif qadcetlərdən (ingiliscə gadget – insanın həyatını yüngülləşdirmək və təkmilləşdirmək üçün nəzərdə tutulan kiçik qurğular, cihazlar) istifadə edir və bu normaldır. Lakin, ən vacibi öz vaxtından savadlı şəkildə istifadə etməkdir: vaxtın nə qədərini şəbəkədə, nə qədərini real həyatda keçirməyi düzgün paylaşdırmaqdır. Smartfon, planşet və noutbukların təsiri altına çox tez düşmək olur. Məsələn, təbiətin bizlərə hansı həzzlər gətirə biləcəyini çox tez unuduruq. İnternetdə hədsiz çox oturmağa görə məhsuldarlıq da aşağı düşür. Çünki biz özümüzü hər şeydən yayındırırıq və işə sərf edəcəyimiz zamanı boşuna xərcləyirik.

  • Yad arzunun ardınca qaçış

Biz başqasının təsiri altına – istər valideynlər, sevilən bir şəxs və ya istərsə də müəllim olsun – çox tez düşürük. Bizə biganə olmayan insanları razı salmaq üçün çox vaxt öz yolumuzu seçmirik və özgə işlərlə məşğul oluruq. Buna görə özündən başqa heç kəsi günahlandırmaq olmaz.

Xeyirxahlıq və həssaslıq – bu, əlbəttə yaxşı şeydir. Amma, özünə hörmətin olmaması, hələ heç kimi xoşbəxt etməyib.

  • Şəxsi hisslərə etinasızlıq

Siz nə vaxtsa “Mən səni sevirəm” söyləmədiyinizə görə çox peşman olacaqsınız. Keçmişdə sizin incikliyinizi udmağınız və hislərinizi deməməyiniz də heç də az təəssüf doğurmayacaq.

İndi sizi hansı halların əhatə etməsi vacib deyil, mümkündür ki, nə üzr istəmək, nə də təşəkkür etməklə bağlı ikinci şansınız olsun. Bununla əlaqəli əldən verdiyiniz məqamla bağlı sizə yalnız təəssüflənmək qalacaq. O səbəbdən, həmişə nə hiss etdiyinizi zamanında söyləyin.



  • İşlə yüklənmək

Həmişə yadda saxlamaq lazımdır ki, iş – bu, yalnız pul əldə etmək üsulu deyil, axı o bizə həm də özünü reallaşdırma hissi gətirir. Biz maliyyə cəhətdən müstəqil olmaq, sevdiklərimizə kömək etmək və özümüzü əzizləmək üçün kifayət qədər pul qazanmaq istəyirik.

Buna baxmayaraq, biz çox işləyib, özümüzü əldən saldıqda, bütün bunları qiymətləndirməyi dayandırırıq. İş ağır bir yükə çevrilir və hansı ki, gətirməli olduğu sevinc hissini bizdən oğurlayır.  Uşaqlarımız görürlər ki, böyük olmaq – hansı ki, bu cür imkandan yayınmaq elə də asan məsələ deyil və onlar həm də pulun ailədən, öz arzularndan belə, daha vacib olduğunu düşünməyə başlayırlar. Belə bir şeyi çox yəqin ki, siz istəməzdiniz.

  • Öz sağlamlığınıza laqeydlik

Sizin bir bədəniniz var və başqası heç vaxt olmayacaq. Ona lazımi hörmətlə yanaşın. Düzgün qidalanın və idmanla məşğul olun.

Bir çoxları heç də əbədi olmadıqlarını, yalnız sağlamlıqlarında problemlər yarandıqda, dərk edirlər. Həmin məqamda yol verdiyimiz səhvlərdən təəssüflənirik və var qüvvəmizlə keçmişin səhvlərini düzəltməyə çalışırıq. Baxmayaraq ki, onlarla mübarizə aparmaqdansa, zamanında bunun səbəblərini aradan qaldırmağın daha asan olduğunu gözəl anlayırıq.

  • Dalan münasibətlərinin dəstəklənməsi

Zərərli qida bədəni məhv etdiyi kimi, zərərli vərdişlər də – sevgili, sinif yoldaşı, rəis, valideynlər və ya hətta qonşularla olan – ruhunu və emosional sağlamlığını məhv edir.

Münasibətlərin zərərli olduğunu necə bilməli? Onların həyatınız necə təsir göstərdiyini təhlil edin. Əgər onlar olmasa, siz özünüzü nə qədər yaxşı hiss edə bilərdiniz? Effekt müsbət görünəcəyi halda, bir insanı qalmaqalsız və isterika olmadan buraxın və yaşamağa davam edin.

  • Qara gün üçün maliyyənin olmaması

Gözlənilməz xərclər həmişə qəfildən peyda olur. Bunlara isə öncədən hazır olmaq lazımdır. Xəstəlik, iş yerinin itirilməsi, ailə üzvlərindən hər hansı birinin ölüm halları üçün arxaya pul atın, belə etsəniz, stressli vəziyyətdə ayaqlarınız altında dayanıqlı torpaq olduğunu hiss edəcəksiniz.

Əlbəttə, heç kim faciələri öncədən görə bilmir, lakin hər şeyi öz axarına buraxmaq da olmaz.

10 ildən sonra həyatın necə keçəcəyini heç kim bilmir, lakin, buna indidən hazırlaşmaq lazımdır.

Sabah uğurlu və xoşbəxt olmaq üçün bu gündən etdiyiniz işlər üzərində düşünün.

Qeyd. Bu tələlərə ayaq basma, yox, əgər artıq ayaq basmısansa, onda öz həyatın uğrunda indidən mübarizə apar. Həyat yeganədir və çox qısadır. Həyatı həzzlə yaşa.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vərdiş
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *