1000 manat əmək haqqı ilə mühasib tələb olunur

İşəgötürən: METAK

İş barədə məlumat

– Müqavilə, protokol və hesab fakturaların hazırlanıb müştərilərə təqdim edilməsi;
– Müştərilərlə Şirkətin maliyyə siyasətinə uyğun olaraq müəyyən edilmiş dövrlər üzrə üzləşmələrin aparılması və aktla təsdiqlənməsi;
– Müştərilərdən qəbul edilən ödənişlərin mühasibat uçotu hesabları üzrə düzgün qeyd edilməsi;
– EQF və EVHF göndərilməsi və qəbul edilməsi üzrə əməliyyatların aparılması;
– Tədarükçülərdən qəbul edilmiş ilkin sənədlərin qəbulu, yoxlanılması və müvafiq qovluqlara yığılması;
– Alınmış aktivlərin uçotu üzrə məsul şəxslərə ilkin sənədlərin təqdim edilməsi və düzgün mühasibat uçotu hesablarında qeyd edilməsi;
– Mal-materialın alışı, yerdəyişməsi, geri qaytarılması və silinməsi ilə bağlı olaraq sənədləşmə və uçot qeydlərinin vaxtında və dəqiq işlənilməsinin yoxlanılması;
– Ayın bağlanması proseduruna uyğun olaraq məsul olduğu hesablar üzrə açıqda qalan əməliyyatların ilkin sənədlərinin tələb edilməsi və uçot qeydlərinin aparılması;
– Mal-material ehtiyatlarının növbəli və ya növbədənkənar inventarizasiyasında iştirak, nəticələrin araşdırılması və aktla sənədləşdirilməsi;
– Şirkətin maliyyə siyasətinə uyğun olaraq aktivlərin amortizasya müddəti və metodunun tətbiq edilməsi;
– İş qrafiki: 5 günlük iş həftəsi 09:00-dan 18:00-dək;
– Nahar şirkət tərəfindən verilir.

Namizədə tələblər

– İqtisadiyyat sahəsində biliklər;
– Mühasibat uçotunun aparılması qaydaları və onunla əlaqədar qanunvericiliyə (vergi, əmək qanunvericiliyi və bununla əlaqədar nazirlər kabinetinin qərarları) dair biliklər;
– Mühasibat uçotu hesabları üzrə yazılışların (müxabirləşmə) aparılması üzrə biliklər;
– Beynəlxalq mühasibat uçotu standartları üzrə biliklər;
– Əmək haqqınnın hesablanması və ödənilməsi üzrə biliklər;
– ERP programlarda işləmə bacarığı;
– İş təcrübəsi: müvafiq vəzifədə 3-5 il;
– Dil bilikləri: Azərbaycan, Rus;
– Məsuliyyətli, stressədavamlı.

Maraqlananlar saytda online-anketi doldura bilərlər: https://www.metak.az/resume.php?vid=105

  • Əmək haqqı: 800-1000 AZN
  • Şəhər: Bakı
  • Yaş: 23 – 35 yaş
  • Təhsil: Ali

Mənbə: boss.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *