1100 manat əmək haqqı ilə Mühasib axtarılır

birbank biznes

Mühasibİşəgötürən: “Hidro İnşaat Servis” MMC

İş barədə məlumat

  • Şirkət Mühasib axtarır
  • Pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
  • Qanunvericiliyə uyğun olaraq bütün mühasibat sənədləşdirilməsini aparmaq
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabına düzgün əks etdirilməsi
  • Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək
  • Əlaqədar vəzifə üçün nəzərdə tutulan iş qrafiki saat 09:00-dan 18:00-dək olmaqla həftəlik 6 gündür
  • İstirahət günü bazar günüdür
  • Günorta yeməyi şirkət tərəfindən qarşılanır
  • Net maaş müsahibə qiymətləndirmə nəticələrindən asılı olaraq 700-1100 AZN arasında bir qiymətdə olacaq

Namizədə tələblər

  • Ali iqtisadi təhsil
  • Mühasib kimi ən az 1 illik iş təcrübəsi, tikinti sahəsində olanlara üstünlük verilir – Beynəlxalq mühasibatlıq imtahanlarından keçənlərə vəya bilikləri olanlara üstünlük verilir
  • Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı olmalı
  • MS Office proqramlarını (xüsusən Excel) yaxşı səviyyədə bilməli, ERP proqramları (xüsusən Logo Unity) bilənlərə üstünlük verilir
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti
  • Dəqiqlik, dürüstlük, məsuliyyətlilik, özünü inkişaf etdirmə, işin tələb olunan vaxtda yerinə yetirilməsi, stressə davamlı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini  elektron ünvanına, mövzu hissəsində vəzifənin adını qeyd edərək göndərə bilərlər. Diqqətinizə çatdırlır ki; bütün müraciətlərə ayrı ayrı, diqqətlə baxılır və bütün namizədlərə ədalətli və bərabər imkanlar verilir. Elanda göstərilən xüsusiyyətlərə ən yaxın namizədlərlə əlaqə saxlanılır. Digər namizədlərin CV- ləri isə daha uyğun vakansiyalarda dəyərləndirilmək məqsədilə portala əlavə edilir.

Mənbə: boss.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email