113.000 manat pulun arxasına keçən qadın mühasib

birbank biznes

mühasibOMSK poliklinikasında baş mühasibin müavini 4,2 milyon rubldan çox pul mənimsəyib.

Bir neçə il ərzində qadın qeyri-qanuni yollarla öz əmək haqqını artırıbmış.

Omsk şəhərinin Kuybışevskiy rayon məhkəməsi 13 saylı şəhər poliklinikasının baş mühasibinin müavini, 38 yaşlı Natalya Svençlə bağlı cinayət işi üzrə məhkəmə qərarı çıxarıb. Natalya Svenç dələduzluqda təqsirli bilinib.

Vilayət prokurorluğundan bildirildiyinə görə, baş mühasib müavininin əsas vəzifəsi poliklinika işçilərinin maaşlarının hesablanması olub. 2013-cü ilin avqust ayından 2016-cı ilin dekabr ayınadək olan dövr ərzində işçilər üçün ödəniləcək maaş cədvəlini hazırlayıb, bütün hesablamalar bitdikdən sonra o, öz əmək haqqının həcmini dəyişdiribmiş.

Həmçinin bax: Vergi əməkdaşlarına rüşvət verən mühasibin aqibəti

Bu yolla o, 4,2  milyon rubldan çox pul vəsaitlərini mənimsəyə bilib. Qadının cinayət əməli maliyyə ilə bağlı poliklinikada aparılan yoxlama zamanı aşkar olunub. Omsk vilayət prokurorluğundan verilən məlumatda belə deyilir.

Lakin, baş mühasibin keçmiş müavini öz təqsirini etiraf etmək istəməyib. Məhkəmə Natalya Svenç barəsində cəzasını ümumi rejimli islah əmək düşərgəsində çəkməklə 1,5 il həbs qərarı çıxarıb. Qadın elə məhkəmə zalındaca saxlanılıb. Bundan əlavə o, müəssisəyə vurduğu zərəri ödəməli olacaq. Çünki məhkəmə zərərin ödənilməsi ilə bağlı da qərar verib.

Qeyd edək ki, Omsk rayon poliklinikası 60 ildən çoxdur ki, fəaliyyət göstərir. Bu həmin tibb ocağında qeydə alınan bu cür ilk cinayət əməlidir.

Həmçinin bax: Dələduzluğu ilə iki şirkəti iflasa uğradan mühasib

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email