1200 manat məvaciblə Mühasib tələb olunur

birbank biznes

Mühasib tələb olunurVakansiya: Mühasib

Şirkət: “AAC” MMC

İş yeri: Bakı şəhəri,Qaradağ rayonu,Səngəçal qəsəbəsi

Əsas vəzifə və öhdəlikləri

• Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
• Nəğd pul və bank ödəmələrinə nəzarət;
• Daxili mühasibatlıq sistemində köçürmələrin idarə edilməsi;
• Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsinin həyata keçirilməsi;
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının,   mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət;
• Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
• Gündəlik və aylıq anbar hərəkəti və anbar qalığını göstərən hesabatların yoxlanılması;
• Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
• Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;

Həmçinin bax: 1 il iş təcrübəsi olan Mühasib-Operator axtarılır

Tələblər olunan keyfiyyətlər

• Maliyyə və ya mühasibatlıq üzrə bakalavr dərəcəsi;
• Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik
• Mühasibatlıq üzrə 3 il iş təcrübəsi;
• Kompüter bacarığı: MS Office, 1C Mühasibat Proqramının 8.3 və 7.7 konfiqurasiyalarında işləmə bacarığı
• Əla ünsiyyət, planlaşdırma və təşkilatçılıq, problemlərin həlli bacarıqları;
• Təşəbbüskarlıq, komanda yönümlülük, şirkətə sadiqlik;
• Maliyyə təhlili və mühasibat uçotu anlayışları;
• Bank qanunu və satınalma prosesi üzrə qabaqcıl biliklər;
• Vergi qanununverciliyini mükəmməl bilmək;
• İstehsal sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcək.

Həmçinin bax: Gilan Holding-də vakansiya

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş qrafiki həftədə 5 gün, saat 09:00-dan 18:00-dək,istirahət günləri şənbə və bazar
• Şirkət hesabına nahar
• Əmək haqqı 1000-1200 AZN

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (CV – fotoşəkil ilə)  / elektron poçt ünvanına göndərə bilərlər. Xahiş olunur CV-nizi göndərərkən “subject” (mövzu) hissəsində “Mühasib” sözünü qeyd edəsiniz.

Mənbə: jobsearch.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email