1200 manat məvaciblə Baş mühasib tələb olunur

birbank biznes

Baş mühasib tələb olunurİşəgötürən: Ramco LLC

Vəzifə: Böyük mühasib

İş barədə məlumat

– Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunu təşkil edir;
– Dövlət büdcəsinə ödənilşlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Dövlət Sosial Müdafiə Fonduna sosial ayırmaların hesablanmasını təmin edir;
– Hesabat-uçot işlərinin müasir avtomatlaşdırılma vasitələrindən istifadə edərək qurulmasında iştirak edir;
– Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin edir;
– Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır;
– Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil edir;
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirir;
– Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə ciddi riayət olunmasına nəzarət edir;
– Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak edir;
– Banklarla əlaqənin düzgün qurulması və bank məhsullarını (kredit, akkreditiv, bank zəmanətləri və s.) sifariş etməyi təşkil edir;

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Namizədə tələblər

– Ali iqtisadi təhsil (Mühasibatlıq sahəsində təhsil arzuolunandır);
– Ən azı 3 il iş təcrübəsi (İstehsalat, satış);
– Mühasibatlıqla bağlı mükəmməl qanunvericilik bilikləri;
– Azərbaycan dili sərbəst, Rus və İngilis dilində yaxşı səviyyədə danışmaq;
– Microsoft Office və 1C proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
– Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
– Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti və güclü məntiqi biliklərə malik olmalıdır

Həmçinin bax: 500 manat məvaciblə Mühasib tələb olunur

Əmək haqqı: 1200 AZN

İş qrafiki:

– Bazar ertəsi – Cümə:  8:30  – 17:30
– Şənbə : 10.00  – 16.00

Maraqlanan namizədlər mövzu yerində “Böyük mühasib” yazmaqla öz CV-lərini  / 

ünvanına göndərə bilərlər.

Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər ilkin müsahibəyə dəvət olunacaqlar.

Həmçinin bax: Baş mühasib üzrə vakansiya elan olunur

Mənbə: jobsearch.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email