BTP və EFP proqramlarından istifadə etmək üçün ilk öncə İnternet Vergi İdarəsinin “e-Bəyannamə” bölməsinin “Lazımlı proqramlar” altbölməsindən əməliyyat sisteminin növündən asılı olaraq köməkçi proqram təminatı olan “JRE-Java runtime environment” proqramını kompüterinizə qurmaq lazımdır:

Praktikada çox zaman BTP və EFP proqramları yüklənən zaman xəta baş verir (“qara pəncərə” ekrana gəlir və tez də yox olur).

Bunun səbəbi odur ki, ya “Java” platformasının versiyası düzgün seçilməyib və ya BTP proqramının yerləşdiyi qovluqda olan “btp.bat” faylında Javanın “path”-i düzgün yazılmayıb. BTP proqramı “c:” diskinə qurulduqda “btp.bat” faylı  “C:ebyn” qovluğunda yerləşir.

Xətanı aradan qaldırmaq üçün aşağıdakı şəkillərə uyğun əməliyyatları etmək lazımdır: 1. “btp.bat” faylında “Java”nın “path”-ini “cüt dırnaq” işarəsi içərisində yazmaq lazımdır:

 

2. “java.exe”nın yerləşdiyi “path”-i “Ctrl C” komandası ilə və ya sağ düyməni basmaqla (aşağıdakı şəkildə göstərildiyi kimi) köçürmək və yuxarıdakı şəkildə göstərilən “java.exe” sözünün qarşısına “Ctrl V” komandası ilə yapışdırmaq lazımdır.

Bu əməliyyatlardan sonra “btp.bat” üzərinə klik etdikdə “qara pəncərə” çıxmayacaq və BTP proqramı normal işləyəcək.

Print Friendly, PDF & Email