İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olarkən yüklənmə gedir və səhifə gec açılır. Sonradan hər hansısa əməliyyat aparmaq istədikdə, “Bu iş üçün öncə sistemə daxil olmaq lazımdır” məzmunlu mesaj çıxır. 

Bu mesaj,aşağıdakı hallarda ekranda əks olunur:

1.   İstifadəçi sistemdə olarkən uzun muddət heç bir əməliyyat aparmadıqda

2.   Bəyannamələrin verilmə dövründə (pik vaxtlarda)  sistemin maksimal yüklənməsi səbəbindən serverlərin resursları kifayət etmədikdə olduğundan səhifə gec açılır və sistemin “timeout” müddəti başa çatdıqda qeyd edilən mesaj ekrana çıxr.

Bu məsələ ilə bağlı yeni avadanlıqların tətbiqi nəzərdə tutulmuşdur.