İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olduqdan sonra hər hansı bir əməliyyatı aparmaq istədikdə sistem donur və yüklənmə gedir. Nəticədə əməliyyat aparmaq mümkün olmur. 

Sistemdə eyni zamanda işləyən istifadəçilərin sayı çox olduqda məlumat bazasının yüklülüyü ilə bağlı bu problem yaranır. Yeni avadanlıqlara keçdikdən sonra problem öz həlini tapacaqdır.

Bununla bağlı yeni avadanlıqların tətbiqi nəzərdə tutulmuşdur.