1C proqramının üstünlükləri və əskikləri

posted in: 1C, Məqalə, Xəbər | 0

1C Bazar münasibətləri dövründə istənilən bir təşkilatın maliyyə göstəriciləri əksər hallarda proqram təminatının seçimindən asılıdır, bu eləcə də iqtisadi və idarəetmə proseslərinə də aiddir. Bazar mübasibətlərində fiziki və hüquqi şəxslər kimi müxtəlif təsərrüfat subyektləri iştirak edir və hesabatlılıq əsas informasiya  mənbəyi hesab olunur.

Bunun nəticəsində iki proqram növü işlənib hazırlanıb. Birinci proqram daha çox analitik və uçot proseslərinin avtomatlaşdırılmasına əsaslanır. İkinci proqram – bu konstruktordur, hansı ki, fəaliyyət seçiminə sərbəstlik verir. “1C: Mühasibat”, müasir dövrdə özündə proseslərin yüksək avtomatlaşdırılmasını birləşdirən ən məşhur mühasibat proqramıdır.

İnormasiya təminatında kəsərliliyi, səmərəliliyi və operativliyi yüksəltmək üçün bizə təşkilatların fəaliyyətində elekton uçot və nəzarəti, eləcə də bu zaman yeni informasiya texnologiyalarını tətbiq etmək zəruridir.

Hazırda müəyyən qanunlar, eləcə də digər normativ-hüquqi aktlar ilə nəzərdə tutulmuş yeni elektron mühasibat uçotu sisteminin yaradılması üçün bir çox şərtlər mövcuddur.

Həmçinin bax: 1C proqramının adının təşəkkülü ilə bağlı 10 fakt

“1C: Mühasibat” universal proqramdır. O, istifadəçi tərəfindən müxtəlif uçot sxemləri üzrə köklənə bilər. Sözügedən proqramda əsas vasitələrin amortizasiyası uçotu ilə bağlı sahə üzrə əməliyyatların daxil edilməsindən ötrü müxtəlif üsullar var. Əsas istehsal vasitələrinin cüzi nomenklaturası olduğu yerlərdə, “subkonto” kitabçasından götürülmüş aylıq amortizasiya qiymətlərinin nisbəti ilə bağlı informasiyadan ötrü əllə daxil edilən əməliyyatdan istifadə oluna bilər. Eləcə də standart əməliyyatlar və ya “Sənədlər və hesablaşmalar” rejimləri üçün avtomatlaşdırılmış üsul mövcuddur.

 “1C: Mühasibat” proqramında yaranan bütün digər əməliyyatlar universal proqramlardır, həm də analitik mühasibatlıq proqramlarıdır, hansı ki, kütləvi şəkildə həm analitik uçot və həm də müəssisənin sintetik uçotu üçün, ilkin sənədlərin və hesabatların hazırlanmasından ötrü nəzərdə tutulub. Bu cür proqramlar mövcud qanunvericiliyin və mühasibat uçotunun dəyişikliklərindən asılı olaraq tənzimlənə bilər.

Yerli və xarici alimlər tərəfindən 1C: Mühasibat proqramının bir çox çatışmazlıqları işıqlandırıldığından, bu yazıda informasiya sistemlərinin və digər texnologiyaların tətbiqi zamanı təşkilatlarda yarana biləcək üstünlüklərə və çatışmazlıqlara diqqət çəkmək istərdik.

“1C: Mühasibat” proqramı bu cür müəyyən üstünlüklərə malikdir:

  • Hazır tənzimlənmələrin mövcudluğu
  • Qısa bir müddət ərzində müəyyən formalardan istifadə etməklə lazımi sənədləri əldə etmək mümkündür
  • yüksək ixtisaslı mütəxəssislərə ehtiyacın olmaması
  • Müəyyən an üçün qarşıya qoyulan tapşırıqlara maksimum cavab verən proqramların əldə olunması.

“1C: Mühasibat” proqramının çatışmazlıqları bunlardır:

  • Uçotun dinamik aparılmasının mümkünsüzlüyü
  • Nisbətən yavaş hesablama sürəti
  • Müəyyən fəaliyyət üçün müəyyən versiyalardan istifadə olunur, yəni, “1C: Mühasibatlıq” universal proqram deyil.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

SQL (ˈɛsˈkjuˈɛl; ingiliscə structured query language — “strukturlaşdırılmış sorğu dili”) – bu, ən yeni texnologiyadır. Onun bazası əsasında alqoritmlər, hazır şablonlar və “1C: Mühasibat” proqramında tənzimləmələr yaradılıb. Ona görə də bu proqram çox populyardır və geniş yayılıb.

Bir neçə dəqiqə ərzində bu proqramda çoxlu hesabat sənədləri əldə etmək və ya ilkin sənədləri çap etmək mümkündür, informasiya isə bu zaman rahat sistemli strukturlaşdırılmış soraq kitabçalarında qorunub saxlanılır. Proqram, proqram təminatının nümunələrindən aydın olduğu kimi, mühasibat vəzifələrinin bir qrupunun hesablanmasında yüksək çevikliyə malikdir.  Konstruktor proqramlarının nümunəsində də görünür ki, bu proqram, mühasibat vəzifələrinin bir qrupunun hesablanmasında yüksək rahatlıq təmin etməyə elə də uyğun deyil.  Bununla yanaşı, “1C: Mühasibat” proqramının tətbiqi üçün yüksək kompüter gücünün sistemi tələb olunur.

“1C: Mühasibat” “bir çox xüsusi sənaye versiyasına malik bir kompleks proqram məhsuludur.Bu proqram çevik bir konfiqurasiyaya sahibdir, müəyyən bir müəssisənin tələblərinə uyğun olaraq tənzimlənir. Bu proqramda iqtisadi əməliyyatlardan maliyyə hesabatlarının hazırlanmasına qədər bir çox əməliyyatlar qeyd olunur.

“1C: Mühasibat” proqramının bir çox üstünlüyə malik olduğunu söyləyə bilərik, ancaq kiçik çatışmazlıqlar da tapmaq mümkündür.Lakin, bu proqramı, xüsusilə də praktikada istifadə etmək daha məqsədəuyğundur.Bu, istənilən bir mərhələdə sənəd dövriyyəsi ilə məşğul olmağa imkan verir.

Bu proqram bir çoxları tərəfindən istifadə oluna bilər, belə ki, aşağı səviyyəli kadrların istifadəsinə yararlıdır.Uçotun detalları ilə bağlı peşəkar biliklər vacib deyil.Bazar tələbatları yüksəlməkdədir, “1C: Mühasibat” proqramı gündən günə təkmilləşdirilir və hər gün daha da geniş yayılır.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *