2 mühasib əlbir olaraq 1.4 milyon manat pul mənimsəyib

posted in: Xəbər | 0
birbank biznes

pulMaykop şəhər (Rusiya) məhkəməsi tərəfindən iki mühasib Rusiya Federasiyası Cinayət Məcəlləsisinin 159-cu maddəsinin 4-cü hissəsi ilə (əvvəlcədən əlbir olmaqla bir qrup şəxs tərəfindən xidməti vəziyyətdən sui-istifadə etməklə, xüsusilə külli miqdarda mənimsəmə faktı) bir sıra cinayətlər törətməkdə təqsirli biliniblər. Onlardan birinə məhkəmə, cəzasını ümumi rejimli islah koloniyasında çəkməklə 7 il həbs cəzası kəsib, bundan əlavə həmin şəxsə 1,5 il müddətində mühasib vəzifəsi tutmaq da qadağan edilib, ikinci şəxs barəsində isə məhkəmə 5 il azadlıqdan məhrumetmə cəzası çıxarıb.

Məhkəmədə məlum olub ki, 2014-2016-cı illər ərzində Maykop şəhərində fərdi sahibkarlıqla məşğul olan şəxsin yanında işləyərkən, onlar dəfələrlə qeyri-qanuni yollarla öz sahibkarlarının hesabında olan pul vəsaitlərini öz nəzarətlərində olan hesablara köçürüblər.  Bu cinayəkar fəaliyyətləri nəticəsində onlar biznesmenə 55 milyon rubldan çox (1.4 milyon manatdan çox) zərər vurublar. Eləcə də mühasiblərdən biri bundan əvvəl işlədiyi məhdud məsuliyyətli cəmiyyətdən də 1,5 milyon rubl (təxminən 39.000 manat) vəsait çırpışdırıbmış.

Hadisə barədə prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, məhkəmə hökmü artıq qanuni qüvvəyə minib və hər iki mühasib hazırda həbs cəzası çəkir.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.  

 

Print Friendly, PDF & Email