2000 manat məvaciblə Baş mühasib axtarılır

birbank biznes

Baş mühasibVakansiyanın adı: Baş mühasib

Vakansiyanın kateqoriyası: Qulluqçu

Ödəniş növü: Vaxtamuzd

Vəzifə (peşə) üzrə əmək haqqı: 1500-2000 AZN

Əlavə ödəniş: Qanunvericiliyə uyğun olaraq

İş vaxtının norması: 09:00-18:00 / 5 gün

Əmək şəraiti: Ofis daxili

İş yerinin ünvanı: Baş ofis

Tələb olunan təhsil istiqaməti/ixtisası: Maliyyə, mühasibatlıq və iqtisadiyyat sahəsi

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavr

Tələb olunan minimum əmək stajı: Sahə üzrə: 3 il

Tələb olunan komputer bilikləri:

– Microsoft Word – yaxşı səviyyədə
– Microsoft Excel – orta səviyyədə

Tələb olunan fərdi heyfiyyətlər:

– Komanda ilə işləmək bacarığı, məsuliyyətlilik, dəqiqlik.

Tələb olunan xarici dil bilikləri:

– Rus və ingilis dillərindən birini əla, digərini yaxşı səviyyədə bilmək.

Vəzifə üzrə tələb olunan biliklər:

– Mühasibat uçotunun təşkilini, mühasibat hesabatlarının tərtibi;
– Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə aid olan maliyyə və nəzarət-təftiş orqanlarının və digər rəhbər orqanların metodiki, normativ və digər rəhbər materiallarını;
– Müəssisənin  strukturunu, onun prespektiv inkişafını;
– Mühasibat uçotunun müəssisələrdə təşkilini;
– Maliyyə hesablarının forma və qaydalarını;
– Pul, maddi vəsaitlərin daxil edilməsi, qəbulu, saxlanılması və xərclənməsi qaydalarını;
– Pul, maddi vəsaitlərinin, debitor borclarının silinməsi qaydalarını;
– Debitor və kreditorlarla hesablaşma qaydalarını;
– Mühasibat balanslarının və hesabatlarının tərtib edilməsi qaydalarını;
– Yoxlanış və sənədli təftişin qaydalarını;
– Müəssisənin təsərrüfat və maliyyə fəaliyyətinin təkmilləşdirilməsində qabaqcıl təcrübəni;
– İqtisadiyyatın əsaslarını;
– İstehsalın, əməyin və idarəetmənin təşkilini;
– Mülki hüququ, əmək, maliyyə və təsərrüfat qanunvericiliyini;
– Əməyin mühafizəsi;
– Təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Həmçinin bax: 2000 manat məvaciblə Aparıcı mühasib tələb olunur

Digər tələb və üstünlük göstəriciləri:

– Kollektivi idarə etmə vərdişləri,
– İşgüzar ünsiyyətin və danışıqlar aparılmasının üsul və metodlarını bilməsi.

Vəzifə öhdəlikləri:

– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
– Vergi və mühasibat uçotunun aparılması;
– Kassa, bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
– Debitor və kreditor hesablaşmaların aparılması;
– Əmək haqqı, məzuniyyətlərin hesablanması;
– Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
– Mal-materialların uçotunun aparılması;
– İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
– Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
– Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.
– Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin işçilərinə rəhbərliyin edilməsi.

Vakansiyanın elan olunma tarixi: 10.09.2018
Son müraciət tarixi: 20.09.2018

E – mail : 

Mənbə: jobsearch.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email