2017-ci ildə 27 dövlət qurumu audit üçün müraciət edib

posted in: Audit, Xəbər | 0
birbank biznes

Auditorlar Palatasının şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində səlahiyyətli dövlət orqanları ilə əməkdaşlıq əlaqələri dövlət sifarişləri formasında 2017-ci ildə də davam etdirilib.

Bu barədə məlumat Auditorlar Palatasının 2017-ci il üzrə fəaliyyətinin yekunlarına dair hesabatda öz əksini tapıb.

Belə ki, həmin orqanlardan daxil olmuş 27 müraciət əsasında yoxlamaların aparılmasına sərbəst auditorlar və auditor təşkilatlarının nümayəndələri cəlb olunub, başa çatmış yoxlamaların nəticələrinə dair tərtib olunmuş materialların aidiyyatı orqanlara təqdim edilməsi təmin olunub.

Bu müraciətlər Baş Prokurorluqdan, Dövlət Təhlükəsizliyi Xidmətindən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindən, Bakı Apelyasiya Məhkəməsindən, Sumqayıt Apelyasiya Məhkəməsindən, Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon İcra şöbəsindən, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsindən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəlilabad Rayon Polis Şöbəsindən, Şəki Ağır Cinayətlər Məhkəməsindən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən, Bakı şəhəri Nizami Rayon Məhkəməsindən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsindən, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsindən daxil olub.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email