» » » 2017-ci ilin Aprel ayı üçün vergilər barədə YADDAŞ

2017-ci ilin Aprel ayı üçün vergilər barədə YADDAŞ

posted in: muhasibat, Xəbər | 0

2017-ci ilin mart ayına görə vergi ödəyiciləri tədiyəçisi olduğu

  • Əlavə dəyər vergisi bəyannaməsini,
  • Aksiz bəyannaməsini,
  • Yol vergisi bəyannaməsini,
  • Mədən vergisi bəyannaməsini,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsini və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsini

cari ilin aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.

  • Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş vergi bəyannaməsini cari ilin aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməldirlər (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).

2017-ci ilin 1-ci rübünə görə vergi ödəyiciləri tədiyəçisi olduğu

  • Sadələşdirilmiş verginin bəyannaməsini
  • Ödəmə mənbəyində tutulan vergi bəyannaməsini 

cari ilin aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və rüb üzrə hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.

  • Cari ilin 1-ci rübü üzrə Muzdlu işlə əlaqəda ödəmə mənbəyində tutulan vergi bəyannaməsini (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – növbəti ilin yanvar ayının 31-dən gec olmayaraq təqdim edirlər)

cari ilin aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və mart ayı üzrə hesablanmış vergini isə həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.

  • Xüsusi notariusların gəlir vergisi bəyannaməsini

cari ilin aprel ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və mart ayı üzrə hesablanmış gəlir vergisini həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.

  • Dövlər rüsumu haqqında hesabatı

cari ilin aprel ayının 20-dək vergi orqanına təqdim etməlidirlər (notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək 2 bank günü,  xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu 1 ay, digər dövlət rüsumları isə tutulduqdan sonra 1 bank günü ərzində dövlət büdcəsinə köçürülür).

 

Gəlir və mənfəət vergisi ödəyiciləri

cari ilin 1-ci rübü üzrə hesablanmış cari ödəmələrini aprel ayının 17-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.


Bəyannamələr müəyyən edilən müddətdə təqdim edimədikdə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (VM, 57), vergilər vaxtında ödənilmədikdə isə bir ildən çox olmamaqla ötmüş hər bir gün üçün 0,1 faizi məbləğində faiz tutulur (VM, 59).

Hörmətli vergi ödəyiciləri, Siz öz bəyannamələrinizi və hesablanmış vergiləri Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı vasitəsi ilə elektron qaydada təqdim edə və ödəyə bilərsiniz.

Vergi öhdəliklərinizi vaxtında yerinə yetirməyi Sizə tövsiyə edirik.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *