2017-ci ilin avqust ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ

posted in: Vergi, Xəbər | 0
birbank biznes

2017-ci ilin iyul ayına görə vergi ödəyiciləri tədiyəçisi olduğu

  • Əlavə dəyər vergisi bəyannaməsi,
  • Aksiz bəyannaməsi,
  • Yol vergisi bəyannaməsi,
  • Mədən vergisi bəyannaməsi,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi

cari ilin avqust ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

  • Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannaməsi

cari ilin avqust ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).

Əmlak və torpaq vergisinin ödəyiciləri olan müəssisələr

  • 2017-ci il üzrə hesablanmış Torpaq vergisinin yarısını cari ilin avqust ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.
  • 2017-ci ilin 3-cü rübü üzrə hesablanmış əmlak vergisinin cari ödəmələrini cari ilin avqust ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

Vergilər avqust ayında ödənilir, bəyannamə rüblük olaraq oktyabrın 20-dən gec olmayaraq təqdim edilir:

  • Muzdlu işlə əlaqədar 2017-ci ilin iyul ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi cari ilin avqust ayının 21-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – növbəti ildə yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri isə 3-cü rüb üzrə bəyannaməni cari ilin oktyabr ayının 20-dən gec olmayaraq təqdim edirlər).
  • Xüsusi notariusların 2017-ci ilin iyul ayı üzrə hesabladığı gəlir vergisi cari ilin avqust ayının 21-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (3-cü rüb üzrə bəyannamə cari ilin oktyabr ayının 20-dən gec olmayaraq təqdim edilməlidir).

Bəyannamələr müəyyən edilən müddətdə təqdim edimədikdə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (VM, 57), vergilər vaxtında ödənilmədikdə isə bir ildən çox olmamaqla ötmüş hər bir gün üçün 0,1 faizi məbləğində faiz tutulur (VM, 59).

 

Hörmətli vergi ödəyiciləri, Siz öz bəyannamələrinizi və hesablanmış vergiləri Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı (https://www.e-taxes.gov.az) vasitəsi ilə elektron qaydada təqdim edə və ödəyə bilərsiniz.

Vergi öhdəliklərinizi vaxtında yerinə yetirməyi Sizə tövsiyə edirik.

Print Friendly, PDF & Email