2017-ci ilin iyul ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ

posted in: Vergi, Xəbər | 0
birbank biznes

2017-ci ilin iyun ayına görə vergi ödəyiciləri tədiyəçisi olduğu

  • Əlavə dəyər vergisi bəyannaməsi,
  • Aksiz bəyannaməsi,
  • Yol vergisi bəyannaməsi,
  • Mədən vergisi bəyannaməsi,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi

cari ilin iyul ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

  • Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannaməsi

cari ilin iyul ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).

2017-ci ilin 2-ci rübünə görə vergi ödəyiciləri tərəfindən tədiyəçisi olduqları

  • Sadələşdirilmiş verginin bəyannaməsi və
  • Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi 

cari ilin iyul ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və rüb üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

  • Cari ilin 2-ci rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla)

cari ilin iyul ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və iyun ayı üzrə hesablanmış vergi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

(ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – növbəti ilin yanvar ayının 31-dən gec olmayaraq təqdim edirlər)

  • Xüsusi notariusların gəlir vergisi bəyannaməsi

cari ilin iyul ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və iyun ayı üzrə hesablanmış gəlir vergisi həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidirr.

  • Dövlər rüsumu haqqında hesabat

cari ilin iyul ayının 20-dək vergi orqanına təqdim edilməlidir (notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək 2 bank günü,  xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu 1 ay, digər dövlət rüsumları isə tutulduqdan sonra 1 bank günü ərzində dövlət büdcəsinə köçürülür).

Gəlir və mənfəət vergisi ödəyiciləri tərəfindən

2017-ci ilin 2-ci rübü üzrə hesablanmış cari ödəmələr iyul ayının 17-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

 

Bəyannamələr müəyyən edilən müddətdə təqdim edimədikdə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (VM, 57), vergilər vaxtında ödənilmədikdə isə bir ildən çox olmamaqla ötmüş hər bir gün üçün 0,1 faizi məbləğində faiz tutulur (VM, 59).

 

Hörmətli vergi ödəyiciləri, Siz öz bəyannamələrinizi və hesablanmış vergiləri Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı (https://www.e-taxes.gov.az) vasitəsi ilə elektron qaydada təqdim edə və ödəyə bilərsiniz.

Vergi öhdəliklərinizi vaxtında yerinə yetirməyi Sizə tövsiyə edirik.

Print Friendly, PDF & Email