2018-ci ildə göstərilən xidmətə görə E-qaimə verilmədikdə alıcı yoxsa satıcı cərimə ediləcək?

posted in: Vergi, Xəbər | 1
birbank biznes

Sual: 2018-ci ilin yanvarın 1-dən sonra elektron qaimə faktura verilmədən göstərilmiş xidmətə görə (mala görə yox, işə, xidmətə görə-Mala görə aydındır “Vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturadan ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala-birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir”) hər hansı cərimə nəzərdə tutulurmu?

Cavab: Bildiririk ki, 01.01.2018-ci il tarixdən etibarən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir. Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura və elektron vergi hesab-fakturadan vermək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Odur ki, sahibkarlıq fəaliyyəti məqsədləri üçün mal (iş, xidmət) alınarkən həmin  malların (işlərin, xidmətlərin) alınmasını təsdiq edən elektron qaimə-faktura satıcıdan tələb edilərək alınmalıdır.

Vergi ödəyicisi tərəfindən təqdim edilən mallara (işlərə, xidmətlərə) görə elektron qaimə-fakturanın və elektron vergi hesab-fakturasının təqdim edilməməsinə görə malı (işi, xidməti) təqdim edən vergi ödəyicisinə münasibətdə maliyyə sanksiyasının tətbiq edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmasa da vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturadan ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir..

Məlumat üçün onu da bildiririk ki, mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanına və müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma təqdim edilməli olan digər hesabat və məlumatların qanunvericiliyə müvafiq olaraq hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanunvericiliyə əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulmasına görə vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə, hüquqi şəxslər 1.500 manatdan 2.000 manatadək məbləğdə cərimə edilir.

Bax: Vergi Məcəlləsinin 16.1.11-6-cı58.8.2-ci, 71-1-ciİnzibati Xətalar Məcəlləsinin 462-ci maddələri, Nazirlər Kabinetinin 14.03.2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

  1. Leyla
    |

    Salam.

    Bəzi müştərilər mal yola salınmadan e-qaimə istəyirlər. Burda nə kimi məqsəd ola bilər və malı yola salmadan e-qaimə kəsən tərəf nə kimi risk daşıya bilər?