2018-ci ilin iyun ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergi2018-ci ilin may ayına görə vergi ödəyiciləri tədiyəçisi olduqları

  • Əlavə dəyər vergisi bəyannaməsini,
  • Aksiz bəyannaməsini,
  • Yol vergisi bəyannaməsini,
  • Mədən vergisi bəyannaməsini,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsini və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsini

cari ilin iyun ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.

  • Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan Sadələşdirilmiş verginin bəyannaməsi cari ilin iyun ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməldir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
  • Muzdlu işlə əlaqədar 2018-ci ilin may ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi cari ilin iyun ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən bəyannamə illik – növbəti ildə yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri tərəfindən 2-ci rüb üzrə bəyannamə iyul ayının 20-dən gec olmayaraq təqdim edilməlidir).
  • Xüsusi notariusların 2018-ci ilin may ayı üzrə hesabladığı gəlir vergisi cari ilin iyun ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (cari ilin 2-ci rübü üzrə bəyannamə iyul ayının 20-dən gec olmayaraq təqdim edilməlidir).

Bəyannamələr müəyyən edilən müddətdə təqdim edimədikdə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (VM, 57), vergilər vaxtında ödənilmədikdə isə bir ildən çox olmamaqla ötmüş hər bir gün üçün 0,1 faizi məbləğində faiz tutulur (VM, 59).

Hörmətli vergi ödəyiciləri, Siz öz bəyannamələrinizi və hesablanmış vergiləri Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı (https://www.e-taxes.gov.az) vasitəsi ilə elektron qaydada təqdim edə və ödəyə bilərsiniz.

Vergi öhdəliklərinizi vaxtında yerinə yetirməyi Sizə tövsiyə edirik.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email