2018-ci ilin mart ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ

posted in: Vergi, Xəbər | 0
birbank biznes

2018-ci ilin fevral ayına görəvergi ödəyiciləri tədiyəçisi olduqları

  • Əlavə dəyər vergisi bəyannəməsini,
  • Aksiz bəyannəməsini,
  • Yol vergisi bəyannəməsini,
  • Mədən vergisi bəyannəməsini,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannəməsini və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannəməsini

cari ilin mart ayının 27-dən gec olmayaraq vergi orqanına təqdim etməli və hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.

  • Xüsusi notariuslar 2018-ci ilin fevral ayı üzrə hesabladığı gəlir vergisini cari ilin mart ayının 27-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər (cari ilin 1-ci rübü üzrə bəyannamə aprel ayının 20-dən gec olmayaraq təqdim edilməlidir).
  • Daşınmaz əmlakı təqdim edın şəxslərdən ödəmə mənbəyində tutulan Sadələşdirilmiş verginin bəyannəməsi cari ilin mart ayının 27-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
  • Muzdlu işlə əlaqədar 2018-ci ilin fevral ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi cari ilin mart ayının 27-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən bəyannamə illik – növbəti ildə yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri tərəfindən cari ilin 1-ci rübü üzrə bəyannamə aprel ayının 20-dən gec olmayaraq təqdim edilməlidir).

*  *  *

Təqdim edilməli bəyannamələrin və vergilərin ödənilməsinin son müddəti Novruz bayramı ilə əlaqədar cari ildə mart ayının 20-dən 27-nə keçirilmişdir.

Bəyannamələr müəyyən edilən müddətdə təqdim edimədikdə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir (VM, 57), vergilər vaxtında ödənilmədikdə isə bir ildən çox olmamaqla ötmüş hər bir gün üçün 0,1 faizi məbləğində faiz tutulur (VM, 59).

Hörmətli vergi ödəyiciləri, Siz öz bəyannamələrinizi və hesablanmış vergiləri Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı (https://www.e-taxes.gov.az) vasitəsi ilə elektron qaydada təqdim edə və ödəyə bilərsiniz.

Vergi öhdəliklərinizi vaxtında yerinə yetirməyi Sizə tövsiyə edirik.

Mənbə: www.taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email