2021-ci ildə əməkhaqqından tutulmalar (əməkhaqqının hesablanması qaydası)

posted in: Xəbər | 0
birbank biznes

2021-ci ildə əməkhaqqından tutulmalar

idxalçı, xərc, ƏDV tutulan əməliyyatın vaxtının hesablanması, EDV,Xərclər üzrə mühasib, vakansiya,əmlak, Minimum əmək haqqı, Əmlak satışı, ƏDV, mənfəət vergisi,cərimə, ezamiyye xercleri, ezamiyyə xərcləri,, vakansiya mühasib Əsas vəsaitlər amortizasiya esas vesaitlerBu yazımızda hər il olduğu kimi ənənəvi olaraq əvvəlcədən növbəti il üzrə əməkhaqqından tutulmalar barədə məlumat verəcəyik.

2021-ci ildən bütün ölkə ərazisində tətbiqinə başlanması nəzərdə tutulan icbari tibbi sığorta ilə əlaqədar əməkhaqqından digər tutulmalarla yanaşı 2021-ci ildən əlavə olaraq icbari tibbi sığorta haqqı da tutulacaq.

Beləliklə 2021-ci ildən əməkhaqqından tutulmalar aşağıdakı kimi olacaq.
  • gəlir vergisi
  • məcburi dövlət sosial sığorta haqqı
  • işsizlikdən sığorta haqqı
  • icbari tibbi sığorta haqqı
İcbari tibbi sığorta  üzrə sığorta haqqı məbləğləri aşağıdakı kimi hesablanacaq:

– Dövlət sektoru və neft-qaz sahəsində əmək müqaviləsi əsasında çalışan şəxslərin əməkhaqqının 8000 manatdan yuxarı hissənin 0.5%-i, 8000 manatadək isə 2%-i məbləğində

– özəl sektorda çalışanlar, mülki-hüquqi müqavilə əsasında çalışanların əməkhaqqından 8000 manatadək hissənin 1%-i, (2022-ci ildə 2%), 8000 manatdan yuxarı hissənin 0.5%-i məbləğində

Beləliklə hesablanma formasını təqdim edirik.

1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

1.1) əməkhaqqı 250 AZN olanlar üçün nümunə

a) gəlir vergisi – tutulmur (8000 AZN-dək)

b) sosial sığorta haqqı – 250 AZN əməkhaqqının 200 AZN hissəsinə görə 3%-i, yəni 6 AZN,

200 AZN-dən yuxarı hissə üçün isə 50 AZN-in 10%-i, yəni 5 AZN, ümumilikdə 6+5=11 AZN

c) işsizlikdən sığorta haqqı – 250 AZN-in 0.5%-i = 1.25 AZN

d) icbari tibbi sığorta haqqı – 1%

250-(0+11+1.25+2.5)=250-14.75=235.25

Netto məbləğ 235.25 AZN olacaq

1.2) əməkhaqqı 8000 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əməkhaqqı üzrə

a) gəlir vergisi – 8000 AZN-dən yuxarı məbləğin 14%-i

8100-8000=100 AZN

100 AZN-in 14%-i = 14 AZN

b) sosial sığorta haqqı – 8100 AZN-200 AZN=7900 AZN

200 AZN-ə görə 6 AZN (200 AZN-in 3%-i)

7900 AZN-ə görə 790 AZN (7900 AZN-in 10%-i)

c) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

d) icbari tibbi sığorta haqqı – 8000 manata görə 1%, yuxarı olan 100 manata görə 0.5%=80+0.5=80.5

8100-(14+790+6+40.5+80.5)=8100-931=7169 AZN

Netto məbləğ 7169 AZN olacaq.

2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

2.1) əməkhaqqı 250 AZN olanlar üçün nümunə

a) gəlir vergisi – 250 AZN-in 200 AZN-dən artıq hissəsi üzrə 14%

250-200=50

50-14%=7 AZN

b) sosial sığorta haqqı – 250 AZN-in 3%-i = 7.5 AZN

c) işsizlikdən sığorta haqqı – 250 AZN-in 0.5%-i = 1.25 AZN

d) icbari tibbi sığorta haqqı – 250 AZN-in 2%-i = 5 AZN

250 AZN-(7+7.5+1.25+5)=250-20.75=229.25

Netto məbləğ 229.25 AZN olacaq

2.3) əməkhaqqı 2500 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əməkhaqqı üzrə

a) gəlir vergisi – 8100 AZN-2500 AZN=5600 AZN

2500 AZN-ə görə həmin məbləğin 14%-i = 350 AZN

5600 AZN-in 25%-i = 1400 AZN

b) sosial sığorta haqqı – 8100 AZN-in 3%-i=243 AZN

c) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

d) icbari tibbi sığorta haqqı – 8000 AZN-in 2%-i və 100 AZN-in 0.5%-i = 160.5 AZN

8100-(350+1400+243+40.5+160.5)=8100-2194=5906 manat

Netto məbləğ 5906 AZN olacaq

Müəllif: Praktiki Hüquqşünas, Şəhriyar Həbilov


Müəllifə istinad mütləqdir.

Ədəbiyyat:

Vergi Məcəlləsi

“Sosial sığorta haqqında” Qanun

“Tibbi Sığorta haqqında” Qanun

“İşsizlikdən sığorta haqqında” Qanun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email