244.000 manat pul oğurlayan Baş mühasib

birbank biznes

Rusiya DİN-nin Lipetsk şəhəri üzrə iqtisadi sahədə cinayətlərin araşdırılması şöbəsi 47 yaşlı qadına qarşı bir necə cinayət işi üzrə ittiham irəli sürüb. O, Lipetsk şəhərindəki iri tikinti şirkətlərindən birindən dələduzluq yolu ilə külli miqdarda pul vəsaitlərinin mənimsənilməsində şübhəli bilinir.

İlkin istintaq zamanı məlum olub ki, qadın sözügedən tikinti şirkətində Baş mühasib işlədiyi dövrdə öz xidməti vəzifəsindən sui-istifadə edərək, dəfələrlə şirkətin pul hesablarından külli miqdarda vəsaitlər çırpışdırıb. Bundan ötrü o, pul vəsaitlərini özünün və yaxın qohumların adına müxtəlif  banklarda, hətta başqa regionlarda yerləşən banklarda açdırdığı hesablara köçürüb. Öz qeyri-qanuni əməllərini ört-basdır etməkdən ötrü keçmiş baş mühasib, saxta ödəniş fakturaları, tədarük müqavilələri tərtib edərək, ora saxta məlumatlar qeyd edib.

İstintaqın əlində qadının 2 500 000 rubldan çox (təxminən 67.800 manat) vəsaiti mənimsəyərək xərclədiyini və daha 2 900 000 rubl (təxminən 78.600 manat) məbləğində saxtakarlığa cəhd etdiyi barədə məlumatlar var. İlkin olaraq müəyyən edilib ki, Lipetsk şirkətinə dəyən zərər 5 milyondan çoxdur. Lakin, əməliyyatçıların versiyasına görə oğurlanmış pulların həcmi 9 000 000 (təxminən 244.000 manat) rubla yaxındır.

Eyni zamanda, istintaq müəyyən edib ki, şübhəli bundan əvvəl də dələduzluq üstündə mühakimə olunubmuş. Qadın sözügedən şirkətdə iki ilə yaxın müddətdə çalışıbmış.

Hazırda məlum cinayət əməli üzrə istintaq hərəkətləri davam etdiririlir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email