İşəgötürənlərə 263 inzibati cərimə tətbiq olunub

posted in: Xəbər | 0
birbank biznes

malların alış sənədiBu ilin altı ayında Dövlət Əmək Müfəttişliyinə vətəndaşlardan 3964 şikayət və 3106 məktub daxil olub. Müfəttişliyin rəhbərləri tərəfindən paytaxtda və ölkəmizin bölgələrində 708 vətəndaş fərdi qaydada qəbul edilib. İlin birinci yarısında vətəndaşlardan və hüquqi şəxslərdən edilən müraciətlərə əsasən 282 hüquq pozuntusu qeydə alınıb və 263 inzibati xəta haqqında cərimə tətbiq olunub.

Edilən müraciətlər nəticəsində 77 nəfər əvvəlki iş yerinə bərpa olunub, ödənilməyən 52 min manat sosial ödənişlər öz sahiblərinə çatdırılıb. Həmin müddətdə 94 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 24 nəfər həyatını itirib.

Bu barədə “Strateji uyğunluq planlaşdırılmasına Beynəlxalq Əmək Təşkilatının yanaşması. Əməyin təftişi və məşğulluq” siyasəti mövzusunda keçirilən konfransda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli məlumat verib. Onun sözlərinə görə, ölkəmiz 2007-ci ildən Beynəlxalq Əmək Təşkilatına üzv qəbul olunub və təşkilatın 55 konvensiyasına qoşulub. Nazir müavini ölkəmizdə işçilərin əmək hüquqlarının qorunması, əməyin təhlükəsizliyi məsələləri, əmək qanunvericiliyinə əməl olunması sahəsində görülən işlərdən danışıb.

Konfransın açılışında Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Beynəlxalq Əmək Təşkilatının Əmək Administrasiyasının əməyin təftişi, əməyin təhlükəsizliyi və sağlamlığı idarəsində məsul şəxs Joaquim Nunes çıxış ediblər.

Konfrans ayrı-ayrı sessiyalarda öz işini davam etdirir.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
inzibati cərimə
Print Friendly, PDF & Email