Virus demək olar ki, 3 milyard insanı məzuniyyətə göndərib

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Rusiyanın kommersant.ru saytında çıxan məqalədə deyilir ki, əmək bazarı İkinci Dünya müharibəsindən bəri ən böyük böhran yaşayır.

Beynəlxalq Əmək Təşkilatı (BƏT) COVİD-19 koronavirus pandemiyasına görə əmək bazarının İkinci Dünya müharibəsindən sonra ən ağır böhran yaşadığını bildirib. Karantin tədbirləri nəticəsində müəssisələrin müvəqqəti olaraq tam və ya qismən bağlanması, 2,7 milyard insana – dünyanın bütün işçi qüvvəsinin 81% – nə  təsir göstərməsinə gətirib çıxarıb. Mehmanxana və turizm biznesi, inzibati xidmətlər sahəsi, sənaye istehsalı, topdan-pərakəndə ticarət sferası daha çox əziyyət çəkir.

“Pandemiya COVİD-19 artıq dünya əmək bazarına fəlakətli təsir göstərir”, –  deyə BƏT-in dərc etdiyi məruzəsində bildirilir. Ekspertlər qeyd edirlər ki, hazırda müəssisələrin tam və ya qismən işinin müvəqqəti dayandırılması 2,7 milyard insana — dünyanın bütün işçi qüvvəsinin 81% – ə və ya 3,3 milyard insana təsir göstərmişdir. Karantin tədbirləri davam etdikcə BƏT artıq ikinci rübdə bütün dünyada ümumi iş saatlarının 6,7% – nin azaldılmasını gözləyir ki. Bu da 195 milyon insanın tam məşğulluğu ilə işləməsinə bərabərdir.

İş saatları daha çox ərəb ölkələrində – 8,1% azalacaq. Bu, 5 milyon insanın tam məşğulluğu ilə işləməsinə bərabərdir. İkinci yerdə Avropa (7,8% iş saatları, 12 milyon işçinin tam məşğulluğu), üçüncü yerdə Asiya – Sakit okean regionu (ASR) (7,2%, 125 milyon nəfər).

“Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə müəssisə və biznes işçiləri əsl fəlakət qarşısında dayanırlar, – deyə BƏT-in baş direktoru Qay Rayder qeyd edib: – Hamımız birlikdə özü də tez və qətiyyətlə hərəkət etməliyik. Əgər biz təcili və məqsədəuyğun tədbirlər görsək, onda elə edə bilərik ki, kollaps ilə sağ qalma arasındakı fərq nəzərə çarpsın”.

BƏT-in ekspertləri qeyd edirlər ki, təxminən 1,25 milyard insan işçi qüvvəsinin azalması və ya məşğulluğun azalması riski ilə üzləşən sənaye sahələrində məşğuldur. Bu insanların əksəriyyəti aşağı maaşlı vəzifələr tuturlar, ona görə də ixtisarların nəticələri onlar üçün xüsusilə həssas olacaqdır.

Hesabatın geniş versiyasına əsasən bildirilir ki, azalmanın ən aşağı riski təhsil, səhiyyə, kommunal xidmətlər, kənd təsərrüfatı, dövlət xidməti, ictimai təhlükəsizliyin təmin edilməsi kimi sahələrə təhlükə yaradır. Riskin orta dərəcəsi tikinti, maliyyə və sığorta xidmətləri sahəsində əmək bazarı üçün müəyyən edilir. Orta səviyyədən yuxarı olan risk incəsənət və əyləncə, nəqliyyat xidmətləri, mehmanxana və turizm biznesi, daşınmaz əmlak ticarəti, sənaye istehsalı, topdan və pərakəndə satış, avtomobil təmiri xidmətləri sahələrində əmək bazarlarını təhdid edir.

Yalnız aviasiya sənayesində Beynəlxalq hava nəqliyyatı assosiasiyasının (IATA) ekspertləri pandemiya fonunda hava əlaqəsinin intensivliyinin kəskin azalması səbəbindən 25 milyon iş yerinin azalmasını gözləyirlər. IATA- nın bugünki hesabatında bildirilir ki, aviasənayedə ən çox iş yerləri Asiya – Sakit okean regionu ölkələri – 11,2 mln, ikinci yerdə Avropa-5,6 mln, üçüncü yerdə isə Latın Amerikası-2,9 mln itirə bilər.

BƏT-in mütəxəssisləri hesab edirlər ki, əmək bazarı üçün mənfi nəticələri minimuma endirməkdən ötrü hakimiyyət orqanları kompleks tədbirlər görməlidir. Birincisi, iqtisadiyyatın işini stimullaşdırmaq zəruridir. O cümlədən pul tədbirləri və ən həssas sektorlara ünvanlı dəstək vermək lazımdır.

İşə münasibətdə səlahiyyətlilər iş yerlərini mümkün qədər mühafizə etməyə imkan verən bir sıra tədbirlər görməlidirlər: vergilərin müvəqqəti aşağı salınması, sosial zərflərin genişləndirilməsi.

İşçilərə gəldikdə, dövlətlər məşğulluğu davam etdirərkən “məsafədən işə daha fəal keçmələrini stimullaşdırmalıdırlar”, səhiyyə xidmətlərinə daha geniş çıxış təmin etməli və ödənişli məzuniyyət sistemlərini tətbiq etməli və ya aktivləşdirməlidirlər.

Dördüncü tədbirlər toplusu kimi BƏT mütəxəssisləri tərəfindən işəgötürənlər, dövlət və işçilər arasında “ictimai dialoqun gücləndirilməsi” hesab olunur – hakimiyyət iş yerlərinin qorunması ilə bağlı müvəqqəti müqavilələr bağlamaq, işçilərin hüquqlarının qorunmasına yönəlmiş dövlət qurumlarının işlərini intensivləşdirmək üçün hər cür səy göstərməlidir.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email