30 yaşına kimi çatılası 30 maliyyə hədəfi (2-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

30 yaşına kimi çatılası 30 maliyyə hədəfi (2-ci hissə) / 1-ci hissə

30 yaşında siz artıq yetkin insansınız və pulların necə qazanıldığını və onların necə düzgün məsrəf olunduğunun əsasını artıq bilməlisiniz. Bu sahədə sizə kömək etmək üçün biz 30 yaşına kimi çatılası 30 hədəfi müəyyənləşdirdik.

Sizin həyatınızda bir çox şeylər pullar ətrafında dövr edir. Bu yaxşı, yoxsa pisdir – hər bir insan üçün fərdi sualdır və burada öz fikrimizi yeritmək mənasız bir şeydir. Lakin, bir şeyi dəqiq demək olar: pullar – bu bizim həyatımızın ayrılmaz hissəsidir və onları necə qazanmağı öyrənmək heç vaxt mənasız bir şey olmayacaq.

Amma, pul qazanmaq üçün həm də pul əsaslarını öyrənmək lazımdır. Vergilər, bank əməliyyatları, passiv gəlirlər – bu maliyyə tərifi sizə yad olmamalıdır. Əgər, sizə gəlir gətirən stabil və sevimli işiniz varsa, bu əladır. Lakin, unutmayın ki, hər şey dəyişə bilər, ona görə ehtiyat variant həmişə faydalı bir şeydir.

Bu məqalədə biz 30 yaşına çatana kimi üzərinizə qoyulmalı olan 30 maliyyə hədəfini seçmişik. Onları həyata keçirməklə siz öz maliyyə gələcəyinizə əmin olacaqsınız.

  • Əyləncə üçün alış-verişə son qoymalı

Sadəcə əylənmək üçün alış-veriş vərdişindən nə qədər tez xilas olsanız, bir o qədər yaxşıdır. Lazımsız şeylər almağı dayandırın və bunu öncədən müəyyən etməyi öyrənin.

  • Pulları lazımlı şeylərə xərcləmək

Siz artıq yataqxanada və ya valideynlərinizin mənzilində yaşamırsınız. Çox yəqin ki, öz mənziliniz var və onun təmirinə normal şəkildə pul xərcləmisiniz, bu məntiqlidir. Pərdələrin, mebelin və s. alınması düzgün alışlar sayılır.

  • Kredit hesablarına nəzarət

Özgə pullarını xərcləmək çox asandır, lakin banklar bu cür yüngüllüyü bağışlamırlar. O səbəbdən müntəzəm olaraq öz hesablarınızı yoxlayın və bank qarşısında öz borclarınızı vaxtında görün və onu ödəyin.

  • Kommunal xidmətlərə görə ödənişləri zamanında edin

Bizlər mənzil kommunal xidmətlərindən sonsuz şəkildə narazılıq edə bilərik, lakin bütün hallarda  ödəmək lazım gələcək. Və hətta bunu bank vasitəsilə də sizin kartınızdan tuta bilərlər.

  • Pulları böyük, amma faydalı şeyə sərf edin
30 yaşında özünüzə ən azından bir maliyyə zəfəri ilə təmin edin. Bu avtomobil və ya bir səyahət də ola bilər, lakin siz bundan ötrü pul toplamalı və onları yalnız düzgün qaydada xərcləməlisiniz. Siz həmin böyük alış-verişdən hələ uzun müddət həzz alacaqsınız!
  • Vergi sistemini başa düşməlisiniz

Vergi sisteminin necə fəaliyyət göstərdiyini və bunda necə qənaət etməyi başa düşməyi öyrənməliyik. Misal üçün, digər ölkələrdə ödənilən vergiləri qaytarmağı, mənzil alqısı və ya satışı zamanı tutulan vergilərdə necə qənaət etməyi öyrənməliyik.

  • Böyük alış-veriş üçün pul yığmaq

Uzunmüddətli plan yaradın və onun yerinə yetirilməsinə doğru inamla irəliləyin. Hər birimizin hansısa arzusu var, hansı ki, bundan ötrü belə bir plan çox vacibdir.

  • Karyera haqda düşünmək

İşiniz – bu başlıca gəlir mənbəyinizdir. Əgər, işiniz xoşunuza gəlirsə, onda öz peşəkar bacarıqlarınızı yaxşılaşdırmağı və karyeranızı yaddan çıxarmayın. Seminarlara, mühazirələrə gedin, uğurlu həmkarlarınızdan nələrisə öyrənməyə çalışın.

  • Passiv gəlirlər

Passiv gəlirləriniz az olsa da, amma, kənardan gələn əlavə mənfəətdir. Əgər iz həmin tərəfə indiyədək fikir verməmisinizsə, buna başlamağın ən vacib zamanıdır. İnvestisiyalar, səhmlər və diversifikiasiyalı portfellər barədə daha çox öyrənməyə çalışın.

  • Kapitalınız yüksəlməlidir

Aktiv – passiv = müsbət məbləğ formulu çox aktualdır. Özü də bu məbləğ yalnız artmalıdır. Sizin aktivləriniz hər il artmalıdır. Nə qədər? Bu sizin səylərinizdən və fəaliyyətinizdən asılıdır.


1-ci hissəni oxumaq üçün keçidə daxil olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email