30 yaşına kimi çatılası 30 maliyyə hədəfi (3-cü hissə)

posted in: Maliyyə, Məqalə, Xəbər | 0
birbank biznes

30 yaşına kimi çatılası 30 maliyyə hədəfi (3-cü hissə) / 2-ci hissə

30 yaşında siz artıq yetkin insansınız və pulların necə qazanıldığını və onların necə düzgün məsrəf olunduğunun əsasını artıq bilməlisiniz. Bu sahədə sizə kömək etmək üçün biz 30 yaşına kimi çatılası 30 hədəfi müəyyənləşdirdik.

Sizin həyatınızda bir çox şeylər pullar ətrafında dövr edir. Bu yaxşı, yoxsa pisdir – hər bir insan üçün fərdi sualdır və burada öz fikrimizi yeritmək mənasız bir şeydir. Lakin, bir şeyi dəqiq demək olar: pullar – bu bizim həyatımızın ayrılmaz hissəsidir və onları necə qazanmağı öyrənmək heç vaxt mənasız bir şey olmayacaq.

Amma, pul qazanmaq üçün həm də pul əsaslarını öyrənmək lazımdır. Vergilər, bank əməliyyatları, passiv gəlirlər – bu maliyyə tərifi sizə yad olmamalıdır. Əgər, sizə gəlir gətirən stabil və sevimli işiniz varsa, bu əladır. Lakin, unutmayın ki, hər şey dəyişə bilər, ona görə ehtiyat variant həmişə faydalı bir şeydir.

Bu məqalədə biz 30 yaşına çatana kimi üzərinizə qoyulmalı olan 30 maliyyə hədəfini seçmişik. Onları həyata keçirməklə siz öz maliyyə gələcəyinizə əmin olacaqsınız.

  • Super qəti məqsəd

Sizin belə bir məqsədiniz də olmalıdır. Altı rəqəmli əməkhaqqı və ya hesabda bir neçə milyonun olması – hədəfi siz müəyyən edirsiniz. Qarşıya məqsəd qoyduqdan sonra hədəfə çatmaq üçün kiçik addımlarla ona doğru irəliləyin. Bu hədəfə çatdıqdan sonra (siz sadəcə buna çatmalısınız), növbəti hədəfi planlaşdırın.

  • Vasitələr üzrə həyat

Mən  də demirəm ki, siz qənaət etməlisiniz. Yox. Lakin, bir şeyi başa düşməlisiniz ki, əla şeylər almaq üçün əla da qazanmalısınız. Şəhər kənarında ev almaq istəyirsinizsə, hesablayın, bu nə qədər edir və belə bir şeyin alınması üçün nə qədər qazanmalısınız. Əgər, hazırda bu cibinizə uyğun deyilsə, onu super məqsəd kimi qarşınıza qoyun.

  • Özünü ətrafdakılar ilə müqayisə

Adamların sosial şəbəkələrdə nümayiş etdirdikləri həyat ilə əsil həyat – bunlar tamamilə fərqli şeylərdir, bu haqda dəfələrlə deyilib və yazılıb. Ona görə də özünü qınamağa və özünə yeni avtomobil alan dostuna həsəd aparmağa dəyməz. Bəlkə o, həmin maşına görə 10 il müddətində pul yığıb.

  • Maddi əşyalara yüksək marağa son qoymalı

Bunu etmək çox çətindir, axı, biz istehlak dünyasında yaşayırıq və biz daim nələrisə satmaq istəyirik. Lakin, öz uğurunu maddi şeylərlə ölçməyə gərək yoxdur.

  • Kredit kartlarına sağlam yanaşma

Bank pullarını lazımsız alış-verişə sərf etməyin və heç vaxt borclarınızın ödənişini ertələməyin.

  • Xeyriyyəçilik

Xeyriyyəçiliyə böyük olmayan məbləğlər xərcləyin. Ayda 10-15 manat büdcənizə elə də böyük zərbə vurmaz, amma, bundan həm özünüz rahatlıq taparsınız və həm də başqalarına yardım etmiş olursunuz.

  • Ailədə sağlam maliyyə münasibətləri

Əgər siz ailə münasibətlərindəsinizsə, onda müəyyən maliyyə sisteminin yaradılması həm siz, həm də həyat yoldaşınızdan ötrü faydalı ola bilər. Pullar çox vaxt münasibətlərin pozulmasına və boşanmalara gətirib çıxarır, siz yəqin ki, bunu istəmirsiniz.

  • İstifadə olunubsa, bu o demək deyil, o pisdir

Bizim şüurumuzun dərinliyində belə fikir yerləşib ki, istifadə edilən mallar yaxşı ola bilməz. Bu bölmə ilə mübarizə aparmaq lazımdır. Bu sahədə sizə Ebay kimi saytlar əla kömək edə bilər.

  • Lazımsız ödənişləri dayandırın

  Pulların yad bankomatlardan çıxarılması və ya təsadüf  nəticəsində telefonunuzun qoşulduğu tarif, hansı ki, bu sizə lazım deyil, amma tənbəllik üzündən bunu dayandırmağı unudursunuz. Belə hallar pullarınızın axırına çıxır və bunda günahkar özünüzsüz. Bunları 20 yaşına kimi sizə bağışlamaq olardı, amma, artıq  30 yaşındasınız, pullarınıza özünüz nəzarət etməlisiniz.

  • Pullar – bunlar dəyişdirmə vasitəsidir və buna mübtəla olmaq olmaz

Stabil maliyyəyə malik olmaq əladır, lakin bütün ömrünü buna sərf etməyə dəyməz.

Maliyyəni öyrənin, maliyyə cəhətdən inkişaf edin, amma pulları həyatınızın 1 nömrəli məqsədi etməyin. Bayağıdır, amma bu sizi xoşbəxt edə bilməyəcək.


2-ci hissəni oxumaq üçün keçidə daxil olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email