CNBC-nin məlumatına görə, BMT-nin ərzaq üzrə rəhbəri Devid Bisli bu il bütün dünyada aclıqdan ölmək riski olan 30 milyon insanın xilası ilə bağlı milyarderlərə və müəssisələrə çağırış edib.
İl ərzində ehtiyacı olanları qidalandırmaqdan ötrü təşkilatlara 4,9 milyard dollar vəsait tələb olunur. Bisli bildirib ki, bütün dünyada səkkiz trilyon dollarlıq kapitalı olan iki mindən çox milyarder var. “Onlardan bəziləri pandemiya dövründə milyardlar qazanıblar. Təbii ki, mən onların kapitalının artmasının əleyhinə deyiləm, lakin, bəşəriyyət böyük bir böhran ilə üzləşib”, – o, əlavə edib.